Jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - Mətbuat Şurasında tədbir + FOTOLAR
PRESS
20.07.2026, 19:43
Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri, jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib.
Mia.az-ın məlumatına görə, bu münasibətlə Şurada düzənlənmiş toplantıda çıxış edən MŞ sədri Rəşad Məcid bildirib ki, M.Qəribli həm jurnalist, həm də çalışdığı qurumun cəmiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs kimi media cameəsinin təmsilçiləri tərəfindən daim hörmətlə qarşılanır. Bu cəhət yubilyarın işinə peşəkar yanaşmasının, məsuliyyətinin nəticəsidir.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, həmçinin, “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Azsiyaset.az” saytının baş redaktoru Samir Feyruzov, “Globalinfo.az” saytının baş redaktoru Azər Ayxan, “Tribuna” İnformasiya Agentlinin (tia.az) baş redaktoru Əlişir Əhəd, “Bakivaxtı.az” saytının təsisçisi İqbal Alısoy, “Azpolitika.info” saytının baş direktoru Elnur Məhərrəmli, “Manset.az” saytının baş redaktoru Əli Vəliyev, “Pravda.az” saytının baş redaktoru İlkin Pirəli, “Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarov, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı, Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev, “Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynli, “1xeber.media”nın rəhbəri Tural Əhmədov, jurnalist Vilayət Muxtar və başqaları M.Qəriblinin dürüst, peşəkar mətbuat xidməti rəhbəri, istedadlı jurnalist, qayğıkeş həmkar və dost kimi səciyyələndirən xüsusiyyətlərə diqqət çəkib, xatirələrini bölüşüb, ona 50 illik yubileyi ilə bağlı təbriklərini, arzu və diləklərini çatdırıblar.
Sonda çıxış edən M.Qəribli xoş sözlərə və əməyinə verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, M.Qəribli 1997-ci ildən media sahəsində çalışır və ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor, baş redaktor kimi fəaliyyət göstərib. Çoxsaylı məqalə, analitik yazı və araşdırmanın müəllifidir. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
P.S. Mi.az-ın kollektivi də Məhəmmədəli Qəriblini təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, bol uğurlar və firəvan həyat arzulayırlar!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES