İstanbulda gömrükçülər, məhkəmə işiləri, polis və vəkillər saxlanıldı – Səbəb

İstanbulda gömrükçülər, məhkəmə işiləri,  polis və vəkillər saxlanıldı – Səbəb  

KRİMİNAL

20.07.2026, 10:09

İstanbulda hazırda xaricdə olan birinin (adı açıqlanmayıb – Mia.az) liderlk etdiyi daha bir mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi, Kəşfiyyat Şöbəsi və  Bakırköy Baş Prokurorluğu ilə birgə baş tutan əməliyyatla aralarında gömrük işçiləri, məhkəmə katibləri, vəkillər və polis əməkdaşları da daxil olmaqla 37 şübhəli saxlanılıb.

Məlumatda onların hansı səbəblə saxlanılması konkret açıqlanmasa da, iki şübhəlinin bank hesablarının tədqiqi ilə əməliyyat keçirildiyi deyilir.

F. Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR