ABŞ İranda strateji obyektə zərbə endirib

ABŞ İranda strateji obyektə zərbə endirib  

GÜNDƏM

20.07.2026, 09:26

ABŞ Xuzistan əyalətində inşası davam edən Darhovin Atom Elektrik Stansiyasına ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran Atom Enerjisi Təşkilatı bəyanat yayıb.

Qeyd edilib ki, nəticədə Darhovin Atom Elektrik Stansiyasına böyük zərər dəyib.

Məlumatda itkilər haqqında informasiya verilməyib.

ABŞ tərəfi də iddia edilən hücumla bağlı açıqlama verməyib.

Xəbərdə o da deyilir ki, Darhoin stansiyası uzunmüddətli mülki nüvə enerjisi layihələrindən biridir.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR