“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)

“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)

PRESS

Bugün, 19:16

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.

Qarşılaşmadan öncə matçın Azərbaycanda canlı yayımlanıb-yayımlanmayacağı ilə açıq sual qalıb.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Xitab24.az-a açıqlama verən  “CBC Sport” telekanalının xəbərlər və sosial media xidmətinin direktoru Şəmsəddin Abbasov bildirib ki, qarşı tərəf matçın yayımlanması üçün absurd təkliflər irəli sürür: “Hazırda danışıqlar gedir. Bizə təklif olunan qiymət həddindən artıq şişirdilib. İstənilən halda danışıqları davam etdiririk. Danışıqıar müsbət yekunlaşmasa, telekanal olaraq bəyanat yayıb məsələyə hərtərəfli aydınlıq gətirəcəyik”.

Xitab24.az-ın əldə etdiyi digər məlumata görə, oyunun yayım hüququna sahib olan şirkət “CBC Sport”dan 55 min avro tələb edir. Bu isə beynəlxalq təcrübədə ağlasığımaz rəqəm kimi qəbul olunur.

Nəzərə almaq lazımdır ki, bu, Avropa Liqasının birinci təsnifat mərhələsinin matçıdır və Ağdam klubunun qarşısında olan rəqibi aşağı liqa təmsilçisidir. İlk oyunda Qurban Qurbanovun komandasının cütün taleyini böyük ölçüdə həll etdiyini nəzərə alsaq, “CBC Sport”dan  yayım üçün 100 min manatdan artıq pulun tələb edilməsini fürsətdən istifadə kimi başa düşmək olar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR