Əməkdar jurnalist komaya düşüb

Əməkdar jurnalist komaya düşüb

PRESS

Bugün, 16:16

Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) hazırda koma vəziyyətindədir.

Məlumata görə, vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb. O bildirib ki, Nurani Qasımova hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.

Emil Mustafayev bildirib ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə demək olar ki, heç kimə məlumat verməyib.

Səhhəti kəskin pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altında koma vəziyyətindədir.

Bu xəbər Azərbaycan jurnalist cameəsində dərin kədər hissi yaradıb. Həmkarları və oxucuları tanınmış publisistin tezliklə sağalması üçün dualar edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR