Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır

CƏMİYYƏT

Bugün, 15:09

Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.

Mia.az xəbər verir ki,  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR