BİRİNCİ MÜAVİN HƏM MÜŞAVİR, HƏM DƏ... - "Azəriqaz"ın ikinci şəxsi barədə elə fakt yayıldı ki... (FOTOLAR)  

BİRİNCİ MÜAVİN HƏM MÜŞAVİR, HƏM DƏ... - \"Azəriqaz\"ın ikinci şəxsi barədə elə fakt yayıldı ki... (FOTOLAR)  

CƏMİYYƏT

Bugün, 15:05

"Azəriqaz" SAP-da düzəliş verdi. 4 gün əvvəl qurumun baş direktorunun birinci müavini Nail Abdullayevin əsas iş yeri SOCARDOWNSTREAM-da baş direktorun müşaviri, "Azəriqaz"dakı vəzifəsi isə "əlavə iş" kimi rəsmən qeyd edilmişdi (Fotofaktlar yazıya əlavə olunub -Mia.az). Bu gün isə iş yerlərində yerdəyişmə olunub və bu dəfə Abdullayevin əsas iş yeri "Azəriqaz" İB, əlavə iş yeri isə "SOCAR DOWNSTREAM" yazılıb".

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O xüsusi qeyd edib ki, beləliklə, cənab N.Abdullayev yenə iki vəzifə daşıyıcı olaraq fəaliyyətlərini davam etdirir.

Xatırladaq ki, Mirvari xanım 4 gün əvvəl sosial media heabında aşağıdakı paylaşım və ona əlavə olunmuş screenshotları yaymışdı:

"Bu irsi mənşəyə, qohumluq əlaqələrinə və sosial statusa əsaslanan, insanların qapalı qruplara bölündüyü sosial təbəqələşmə formasıdır.  

"Azəriqaz"ın baş direktorunun 1-ci müavini (əməliyyatlar üzrə) cənab Nail Abdullayevin bu vəzifə hətta əsas iş yeri deyilmiş. Əlahəzrətin əsas iş yeri SOCARDOWNSTREAM-da baş direktorun müşaviri imiş?!".

Ceyhun

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR