Türkiyə və Ukrayna XİN başçıları bir arada – “Müharibənin Qara dənizə yayılmasını istəmirik”

Türkiyə və Ukrayna XİN başçıları bir arada – “Müharibənin Qara dənizə yayılmasını istəmirik”

SİYASƏT

Bugün, 11:49

Türkiyə Xarici işlər naziri Hakan Fidan Ukraynada həmkarı Andriy Sibiha ilə birgə mətbuat konfransında mühüm mesajlar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakan Fidan bir neçə gün əvvəl Odessada vurulan və içərisində azərbaycanlıların da olduğu türk yük gəmisinə dron hücumundan da söz açıb.

Türkiyə XİN başçısı bildirib ki, müharibə Qara dənizə yayıla bilməz: “İlk olarq Ukrayna xalqının göstərdiyi dözümlülük və həmrəyliyi minnətdarlıqla izləyirik. Bir millət olaraq ən böyük arzumuz əzabların sona çatmasıdır. Ukraynanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirəm. Son hadisələr narahatedicidir. Münaqişələrin şiddətləndiyini görürük. Hücumlardan narahatıq. Danışıqlar masasına tez bir zamanda qayıtmağın və diplomatik həll yollarının qətiyyətlə axtarılmasının zəruri olduğuna inanırıq. NATO Zirvə görüşündə Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı güclü mesajlar verildi. Türkiyə olaraq, prioritet ehtiyaclar siyahısına uyğun olaraq Ukraynaya yardım göstərməyə davam edəcəyik.

Müharibənin Qara dənizə yayılmasını istəmirik. Yayılmamalıdır. Qara dənizdə sülhün qorunması vacibdir. Bir daha vurğulayırıq ki, bütün tərəflər sağlam düşüncə və məsuliyyətlə hərəkət etməlidirlər.

Ukrayna ilə münasibətlərimiz gündən-günə dərinləşir. Türkiyə Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün aparıcı və təsirli səylərini davam etdirəcək.

Müharibədə qalib, sülhdə isə məğlub yoxdur. Ukraynanın ərazi bütövlüyünün təhdid edilməsi məsələsi müharibəni başqa bir ölçüyə aparır. İnanıram ki, İstanbul danışıqlarının eyni şəkildə davam etməsi çox faydalı olardı”.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR