Haluk Levent "15 gündür mesaj göndərirəm" dedi, nazir müavinindən cavab gəldi

Haluk Levent \"15 gündür mesaj göndərirəm\" dedi, nazir müavinindən cavab gəldi  

MƏDƏNİYYƏT

Bugün, 08:54

Türkiyənin Daxili İşlər nazirinin müavini Bülent Turan Bursada qandallanan “Ahbap” Dərnəyini rəhbəri, müğənni Haluk Leventin açıqlamalarına cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni həbsindən 15 gün əvvəl dərnəkdə yoxlama aparılmasını və şəxsi işi ilə dərnəkdəki işgüzar fəaliyyətinin  bir-birlərinə əlaqələndirilməsi ilə bağlı qısa açıqlama yayıb və “əsl “bomba”nı az sonra partladacağam”, - deyə, maraqlı xəbərdarlıq edib.

Daxili İşlər nazirinin müavini Bülent Turan isə müğənninin açıqlamasına cavabını gecikdirməyib.

Nazir müavini "Qərarı sosial media deyil, məhkəmə orqanları versin", - deyərək bildirib ki, nazirlik yoxlamaları şəxsi mesajlar və istəklərlə aparmır: “Bu yoxlamalar təsadüfi mesajlara və ya sorğulara deyil, administrasiyanın risk qiymətləndirməsinə, məhkəmə/inzibati orqanların sorğularına və ya şikayətlərinə əsaslanır və nəticələr müvafiq qurumlarla, əsasən Baş Prokurorluqla paylaşılır."

Turanın açıqlamasını aşağıda olduğu kimi təqdim edirik:

Hüseyn

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR