Kılıçdaroğlundan qurultay açıqlaması: “Namizəd olub-olmayacağımı bilmirəm”

Kılıçdaroğlundan qurultay açıqlaması: “Namizəd olub-olmayacağımı bilmirəm”  

SİYASƏT

Bugün, 00:11

Məhkəmə qərarıyla CHP sədri postuna geri dönən  Kamal Kılıçdaroğlu növbədənkənar qurultayla bağlı maraqlı açıqlamalar evrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Kılıçdaroğlu iyulun 26-dək qurultay olmazsa, CHP-nin seçkiyə qatılmaq hüququnu itirəcəyi barədə iddialara toxunub.

Bu barədə TV100-ə müsahibə verən  Kamal Kılıçdaroğlu iddianı rədd edib: “Əvvəla partiyanı kapitan kimi gəmini  təhlükəsiz limana aparmaq borcumdur. Qurultayda namizəd olub-olmayacağı ilə bağlı suala gəldikdə, hər kəs namizəd olmaqda sərbəstdir. İndi qurultayda namizədliyim barədə heç nə deməyəcəyəm. O gün gələndə görəcəyik. İndi olub-olmayacağımı biklmirəm. Mən özüm heç vaxt namizədliyimi irəli sürməmişəm, həmişə namizədliyimi başqaları verib. Bu dəfə də namizədliyim irəli sürülsə, nəzərdən keçirəcəyəm.

O ki qaldı "qurultay 25-26 iyul tarixlərinə qədər keçirilməsə, CHP seçkilərdə iştirak edə bilməz" iddialarına, əvvələ hər şey nəzarətimizlə  davam edir. Hüquqi proses çox ciddi izlənilir. İkincisi isə Türkiyə Respublikasında CHP-nin seçkilərdə iştirakına mane ola biləcək heç bir güc yoxdur."

Hüseyn

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR