Tramp müharibə anonsu verdi: “Buranı ələ keçirəcəyik, daha sonra isə…”

Tramp müharibə anonsu verdi: “Buranı ələ keçirəcəyik, daha sonra isə…”

GÜNDƏM

13.07.2026, 19:00

Danışıqlar və müharibə prosesi bitməyən bir hekayəyə çevrilən ABŞ-İran münasibətləri yeni frazaya qədəm qoyur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son günlər intensiv zərbələrdən sonra bu gün ABŞ Prezidenti Donald Tramp təkcə İrana deyil, dünyaya aktiv müharibənin anonsunu verib.

O, çox aydın şəkildə bəyan edib ki, Amerika ordusu tezliklə Hörmüz boğazını ələ keçirəcək: “Daha sonra isə buradan keçəcək gəmilərdən yüklərin 20 faizi həcmində rüsum alacağıq. Çünki biz onları qoruyacağıq. Eyni zamanda, İrana qarşı əvvəl tətbiq etdiyimiz dəniz blokadasını təkrar bərpa edirik. İran limanlarına gəmi girib-çıxa bilməyəcək”.

ABŞ lideri növbəti dəfə İran rəsmilərini “pis adamlar” adlandıırb və onları anlaşmaları pozmaqda ittiham edib: “Bizim bir razılaşmamız var idi, amma İran onu pozdu".

Xatırladaq ki, az əvvəl İran ordusu Donald Trampın bu ultimatumuna cavab verib. Bildirilib ki, Hörmüz boğazının ələ keirilməsinə icazə verilməyəcək.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR