ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: "Boğazı Tehran idarə etmir, edə bilməz" – Gecə qarşılıqlı hücumlar davam edib

ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: \"Boğazı Tehran idarə etmir, edə bilməz\" – Gecə qarşılıqlı hücumlar davam edib  

GÜNDƏM

Bugün, 09:04

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ətrafında İranın hərbi hədəflərinə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə CENTCOM qısa məlumat yayıb.

Bildirilib ki, gecəylə İranın dənizdəki mövcuz hərbi gücünə sarsıdıcı hücum edilib, onlarla hədəf məhv edilib: “İranın hava hücumundan müdafiə sistemləri, sahilyani ərazilərdəki radarları, raket və pilotsuz təyyarə qurğuları, kiçik hücum botları  məhv olunub.Əməliyyatda qırıcı təyyarələr, hərbi gəmilər, kamikadze dronlar və ilk dəfə olaraq kamikadze dəniz dronları iştirak edib. Hörmüz boğazı qlobal ticarət üçün həyati əhəmiyyətli dəniz dəhlizidir. İran onu idarə etmir, edə bilməz"

ABŞ-ın hücumlarından sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatı elan edib.

SEPAH-ın bəyanatına əsasən, ABŞ-ın hücumlarına cavab olaraq, İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı raket anbarları və yanacaq təsərrüfatları raket və dronlarla vurulub. Bundan başqa, Bəhreynə də zərbələr endrilib.

Bəhreynin Daxili İşlər Nazirliyi əhaliyə zərurət olmadığı təqdirdə əsas yollardan istifadə etməməyə və təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməletməyə çağırış edib.

İrana yaxın “Nour News” isə yazır ki, İran bölgədəki ABŞ hərbi bazalarına və dəniz qüvvələrinə qarşı genişmiqyaslı raket və dron  hücumları həyata keçirib.

ABŞ ordusu isə cavab tədbirləri barədə hələlik rəsmi açıqlama verməyib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR