Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı... - Yeni qanun qəbul edildi
GÜNDƏM
Bugün, 11:35
Milli Məclis avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqini son oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması məqsədi daşıyır.
İclasda qeyd olunub ki, ölkə Prezidentinin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;
Hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;
Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.
Fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir.
Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir.
Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq edilir. Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
Bugün, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
Bugün, 19:32 GÜNDƏM
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
Bugün, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
Bugün, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
Bugün, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
Bugün, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
Bugün, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
Bugün, 18:00 İQTİSADİYYAT
-
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
Bugün, 17:57 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
Bugün, 17:47 İQTİSADİYYAT
-
Bakıda və İsmayıllıda ağaclar qanunsuz kəsilib
Bugün, 17:34 CƏMİYYƏT
-
"O, 9 yaşından tələbəmdir, mən evdə olmayanda da bizə gəlib-gedir" - Mənsum İbrahimov
Bugün, 17:31 MƏDƏNİYYƏT
-
Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika
Bugün, 17:29 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir - Təyinat
Bugün, 17:20 CƏMİYYƏT
-
ABŞ və İran arasında danışıqlar başlayır – Qətər tərəfləri bir araya gətirir
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb
Bugün, 16:45 CƏMİYYƏT
-
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
Bugün, 16:28 İQTİSADİYYAT
-
Baş prokuror Balakəndə vətəndaşları qəbul edib
Bugün, 16:04 CƏMİYYƏT
-
Rəsmi Moskvadan Türkiyənin S-400-ləri 3-cü ölkəyə satma planı barədə - AÇIQLAMA
Bugün, 15:55 SİYASƏT
-
Konqres "ofsayd"da qaldı - Türkiyəyə KAAN matorları satılacaq
Bugün, 15:22 GÜNDƏM
-
“Fənərbağça” tarixi transferə imza atdı: bahalı oyunçu – O, kimdir?
Bugün, 15:10 İDMAN
-
Bir təyyarəylə Ankaraya gəldi, digəriylə qayıtdı – Trampa sui-qəsd ehtimalı var?
Bugün, 15:01 GÜNDƏM
-
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Bugün, 14:45 CƏMİYYƏT
-
Dövlət mülkiyyətindəki əmlakla xüsusi mülkiyyətdəki əmlak dəyişdirilə biləcək
Bugün, 14:36 CƏMİYYƏT
-
Səhiyyə Nazirliyi məlumat yayıb
Bugün, 14:23 GÜNDƏM
-
Kəlbəcərdə mina partlayıb
Bugün, 14:18 GÜNDƏM
-
PAY TORPAQLARI HANSI ŞƏRTLƏRLƏ BİRLƏŞDİRİLƏCƏK? - Qanunlara dəyişiklik müzakirəyə çıxarıldı
Bugün, 13:17 GÜNDƏM
-
Əmlak üzərinə həbs qoyulması... - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:57 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:57 CƏMİYYƏT
-
Macarıstanın baş naziri elə müqayisə apardı ki… - FOTOLAR
Bugün, 12:57 SİYASƏT
-
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
Bugün, 12:40 GÜNDƏM
-
Yunanıstanın Baş nazirinə “Mehtər marşı" sürprizi... - TƏHLİL
Bugün, 12:26 SİYASƏT
-
Deputat: "Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?
Bugün, 12:20 CƏMİYYƏT