Ukrayna Rusiyanın neft infrastrukturlarına zərbə endirib: "Müharibə başladığı yerə - Rusiyaya dönür" – Zelenskidən açıqlama

Ukrayna Rusiyanın neft infrastrukturlarına zərbə endirib: \"Müharibə başladığı yerə - Rusiyaya dönür\" – Zelenskidən açıqlama

GÜNDƏM

Bugün, 17:09

Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən neft emalı müəssisələri və anbarlarını hədəfə almaqda davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın Stavropol və Tver bölgələrində iki neft anbarı Ukrayna ordusu tərəfindən vurulub: "Hər ikisi cəbhə xəttindən təxminən 500 kilometr məsafədə yerləşir. Bundan başqa, 1500 km uzaqlıqdakı Rusiyanın  Başqırdıstan Respublikasının paytaxtı Ufada bir neftötürmə stansiyası, Rostov bölgəsindəki bir neft terminalına zərbə endirilib. Biz Rusiyaya bu müharibəyə son qoymağı çoxdan təklif etmişdik. Razılaşmadı. İndisə hər keçən gün müharibə qavrayışı artıq başladığı yerə, yəni Rusiyaya geri dönür...”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR