Danışıqlar bitdi, müharibə başladı: ABŞ İranda daha 90-dan çox hədəfi vurdu, Tehrandan cavab gecikmədi

Danışıqlar bitdi, müharibə başladı: ABŞ İranda daha 90-dan çox hədəfi vurdu, Tehrandan cavab gecikmədi  

GÜNDƏM

Bugün, 08:21

Dünən Ankarada “Artıq İranla danışıqlar mənim üçün bitdi, onlar xəstə və dəlidir, İranı daha sərt vuracağıq” deyən ABŞ prezidenti Donald Tramp bu dəfə sözünə əməl edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə də ABŞ ordusu Hörmüz boğazı sahili boyunca 90-dan çox hərbi hədəfi məhv edib.

Bu barədə ABŞ Mərkəzi Ordu Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildrilib ki, İranın ticarət gəmilərinə hücum qabiliyyətini yox etmək üçün sahil xətti boyunca təxminən 90 hərbi hədəf - hava hücumundan müdafiə sistemləri, sahil müşahidə elementləri, raket və pilotsuz təyyarə anbarları, hərbi botlar və sairlər məhv ediliblər.

Xatırladaq ki, bundan əvvəlki gündə 80 hədəf vurulmuşdu.

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın bu hücumuna da cavabı çox gözlətməyib.

SEPAH-dan bildirilib ki, dəniz və hava qüvvələri Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını raket və pilotsuz təyyarələrlə  əks hücum həyata keçiriblər: “Küveytdəki Arifcan və Əli Əl-Salem, Bəhreyndəki Cuffair və Şeyx İsa bazalarına cavab zərbələri endirdik”.

SEPAH iddia edib ki, bazalardakı mühüm infrastruktur obyektləri məhv edilib: “ABŞ ölkəmizə hücum edərsə, bölgədəki Amerika bazalarına qarşı əlavə qisas tədbirləri görüləcək”.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi isə Amerikanı hücumunu pisləyib. O, ABŞ hücumlarının cavabsız qalmayacağını bəyan edib: “ABŞ 14 iyunda Pakistanın vasitəçiliyi ilə əldə edilən razılaşmanı yerinə yetirmir. Anlaşma memorandumuna əsasən, tərəflər addım-addım irəliləməlidirlər. ABŞ prezidenti Donald Tramp isə İranla bağlı təhqiramiz ifadələr işlədir. Onun İran xalqını təhqir etməkdən tutmuş təhdidinə qədər verdiyi açıqlamalar hakimiyyət etikasının əlaməti deyil, illərdir İranı diz çökdürə bilməyən güc, sanksiyalar və təhdidlərə əsaslanan siyasətin uğursuzluğunun etirafıdır. Biz cinayətkar və qatil Trampla onun öz dilində danışmalıyıq və görünür, o, güc dilini daha yaxşı başa düşür. ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR