Türkiyə F-35-ləri almaq üçün S-400-ləri geri qaytaracaq? – “Ərdoğan suala “bizi izləyin” deyir

Türkiyə F-35-ləri almaq üçün S-400-ləri geri qaytaracaq? – “Ərdoğan suala “bizi izləyin” deyir  

GÜNDƏM

Bugün, 10:14

Ankarada keçirilən NATO sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Ərdoğan ABŞ-dan F-35-lərin alınması ilə bağlı suala maraqlı cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, jurnalistlərdən birinin "F-35-lərin alınmasında bir maneə var: S-400. Bunu necə aradan qaldıracaqsınız?" sualını bir cümlə ilə cavablandırıb: "Bizi izləməyə davam edin".

Xatırladaq ki, aylardır S-400-lərin geri qaytarılacağı, yaxud üçüncü ölkəyə satılacağı barədə söhbətlər dolaşır. Lakin bu xəbərlər təsdiqlənməyib.

Ötən gün isə Ankarada olan Tramp F-35-lərin Türkiyəyə satışına  qoyulan qadağanın götürüləcəyinin anonsunu verib.

Əhməd

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR