"Alqoritmlər qorxu və qəzəb doğuran məlumatları daha geniş auditoriyaya çıxarır" - Zahid Oruc
CƏMİYYƏT
09.07.2026, 16:20
"Elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan rəqəmsal inkişafı kiberməkanın təhlükəsizliyi, informasiya bütövlüyü və vətəndaşın rəqəmsal hüquqlarının müdafiəsinin yeni mərhələsi kimi qiymətləndirir: "Deepfake" texnologiyalarına qarşı cinayət məsuliyyətinin müəyyən edilməsi, kibertəhlükəsizlik institutlarının hüquqi əsaslarının gücləndirilməsi, internet informasiya ehtiyatlarında qanunsuz məzmunla mübarizənin təkmilləşdirilməsi, uşaqların rəqəmsal təhlükəsizliyinə yönələn hüquqi normalar vahid dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Rəqəmsal İnkişaf Şurası isə bu siyasətin institusional dayağıdır".
Komitə sədri bildirib ki, süni intellekt müxtəlif məlumat bazalarını birləşdirərək insanın siyasi baxışlarını, sağlamlıq vəziyyətini, emosional zəifliyini və hətta gələcək seçimlərini proqnozlaşdıra bilir: "Hər bir şəxs onun haqqında toplanan informasiyanın hansı məqsədlə emal edildiyini, kimə ötürüldüyünü bilməli, məlumatının silinməsini tələb etmək, razılığını geri götürmək və alqoritmik qərara etiraz etmək hüququna malik olmalıdır. Alqoritmlər isə qorxu və qəzəb doğuran məlumatları daha geniş auditoriyaya çıxarır - emosional məzmun platformalara daha çox gəlir gətirir. Nəticədə ayrı-ayrı insanın qəzəbi ümummilli qarşıdurma görüntüsünə, lokal hadisə dövlət böhranına çevrilə bilər".
Z.Oruc vurğulayıb ki, Azərbaycanın məqsədi rəqəmsal inkişafı hüququn aliliyi, insan hüquqlarının etibarlı müdafiəsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi prinsipləri üzərində qurmaqdır: "Rəqəmsal xidmətlərin genişlənməsi ilə paralel olaraq fərdi məlumatların qorunması, süni intellektin etik tətbiqi, uşaqların rəqəmsal təhlükəsizliyi və kiberməkanda hüquqi təminatların gücləndirilməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir"(Report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
“Fənərbağça”dan getdi, yeni komandasında da qala bilmədi
Bugün, 00:33 İDMAN
-
ABŞ İrana yenə zərbə endirib
Bugün, 00:15 GÜNDƏM
-
DÇ-2026-dan birbaşa Türkiyəyə tətilə gəldi – Bir restorana fantastik məbləğ ödənildi (FOTO)
Bugün, 00:10 İDMAN
-
Ersin Destanoğlu "Əl-Cəzirə" klubuna keçib
Bugün, 00:06 İDMAN
-
Füzulidə minalanmış ərazidə yanğın olub
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə qidadan 10 nəfər zəhərlənib - SİYAHI (Yenilənib)
12.07.2026, 19:14 CƏMİYYƏT
-
Türkiyədə məşhur müğənni saxlanılıb
12.07.2026, 18:00 MƏDƏNİYYƏT
-
Bu gün qəbul imtahanları keçirilib - 12 nəfərdə mobil telefon aşkarlanıb (Yenilənib)
12.07.2026, 13:20 GÜNDƏM
-
Hacıqabulda sərnişin avtobusu aşıb - 21 nəfər xəsarət alıb (FOTO)
12.07.2026, 10:21 CƏMİYYƏT
-
ABŞ İranı yenə bombaladı - Tehrandan cavab gecikmədi
12.07.2026, 09:43 GÜNDƏM
-
DÇ-2026: 1/2 finalın iştirakçıları bəlli oldu
12.07.2026, 09:11 İDMAN
-
DÇ-2026: İngiltərə və Argentina 1/2 finalda!
12.07.2026, 08:25 İDMAN
-
Hacı Kərimov Avropa çempionu olub
12.07.2026, 00:07 İDMAN
-
"Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var" - Prezident Xocavənddə + FOTOLAR
11.07.2026, 19:46 GÜNDƏM
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
11.07.2026, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
11.07.2026, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
11.07.2026, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
11.07.2026, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
11.07.2026, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
11.07.2026, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
11.07.2026, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
11.07.2026, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
11.07.2026, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
11.07.2026, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
11.07.2026, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
11.07.2026, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.07.2026, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM