“İki sahil” qəzeti 35 yaşını qeyd edir
PRESS
09.07.2026, 17:14
Azərbaycanın media orqanları arasında özünəməxsus yeri olan “İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 35 il ötür.
Mia.az xəbər verir ki, yarandığı gündən şərəfli bir yol keçən bu mətbu nəşr öz əqidəsinə və prinsiplərinə hər zaman sadiqdir. “İki sahil” Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, öz ideayalarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. Qarşıya qoyulan ali məqsəd kollektiv üçün hər zaman güclü stimul olub. 1991-ci ilin iyulunda, hələ Azərbaycan dövlət müstəqilliyini bərpa etmədiyi və sərt senzuranın hökm sürdüyü bir dönəmdə fəaliyyətə başlayan qəzet böyük amalı sayəsində bütün maneələri dəf edə bildi.
“İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti məhz “İki sahil” qəzetində dərc edilib. Bu mətbu nəşr, Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanma mərhələlərini və keçdiyi inkişaf yolunu bu gün də geniş şəkildə işıqlandırır. Zamanın təzyiqlərinə və çətinliklərinə baxmayaraq, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyən qəzet, cəmiyyətin güzgüsü missiyasını layiqincə yerinə yetirir. Hazırda dövlətimizin azad sözə və fikir plüralizminə verdiyi yüksək dəyər bu mətbu orqanın fəaliyyətində aydın şəkildə təzahür edir.
SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən “İki sahil” Azərbaycan dövlətinin həyata keçirdiyi müdrik daxili və xarici siyasəti, eləcə də iqtisadi uğurları cəmiyyətə dolğun çatdırmağı özünün əsas vəzifəsi hesab edir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatda neft amilinə verdiyi xüsusi önəm Azərbaycanın bugünkü tərəqqisinin bünövrəsini qoyub. Bu xəttə sadiq qalan qəzet ölkənin neft strategiyasının uğurla reallaşdırılmasında mühüm rolu olan SOCAR və onun strukturlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, müasir dövlət quruculuğu prosesləri, mədəniyyət, incəsənət və təhsil sahəsindəki yeniliklər “İki sahil” qəzetində geniş əks olunur.
Son altı ildə isə qalib və bütövləşən Azərbaycanın sayılıb-seçilən mətbu orqanlarından biri olaraq “İki sahil” öz səhifələrində azad Qarabağ və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırır. Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına qayıdışını əks etdirən materiallar bu gün qəzetin oxuculara təqdim etdiyi yazılar arasında mühüm yer tutur. Rəqəmsal medianın inkişafı ilə ayaqlaşan “İki sahil” müasir informasiya platformalarında da fəaliyyətini uğurla davam etdirir. Müasir medianın tələblərinə uyğun olaraq hazırda qəzetlə bərabər, “ikisahil.az” internet portalı və “İki sahil TV” internet televiziyası da fəaliyyət göstərir. Zamanın nəbzinə uyğun olaraq mütəmadi yenilənən rəqəmsal platformalarda günün ən aktual hadisələrinin təhlili, ölkədə və dünyada baş verən proseslər oxuculara və izləyicilərə operativ şəkildə çatdırılır. Ötən 35 il ərzində zəngin təcrübə toplayan “İki sahil” qəzeti gələcək fəaliyyəti və yeni-yeni uğurları üçün möhkəm təməl yaradıb.
“İki sahil” 35 illik fəaliyyət dövründə peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiqliyini qoruyaraq Azərbaycan mediasında özünəməxsus mövqe qazanmışdır. Qəzet bu gün də cəmiyyətin etibarlı informasiya mənbələrindən biri kimi ölkənin media məkanının inkişafına mühüm töhfələr verməkdə davam edir.
Mia.az-ın kollektivi dəyərli həmkarlarımızı təbrik edir, bol uğurlar arzulayırlar! Yolunuz açıq olsun, əziz dostlar!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Bugün, 11:11 SİYASƏT
-
Rusiya ordusu Ukraynanın bəzi şəhərlərini bombalayıb
Bugün, 10:02 GÜNDƏM
-
Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
Bugün, 09:40 GÜNDƏM
-
32 yaşlı argentinalı futbolçu: "Əla matç olacaq"
Bugün, 09:38 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:27 İQTİSADİYYAT
-
Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu
Bugün, 09:18 DÜNYA
-
RƏSMİ TEHRAN: “İslamabad razılaşması bitdi”
Bugün, 09:12 GÜNDƏM
-
Türkiyədə bələdiyyə sədri həbs olundu
Bugün, 08:59 SİYASƏT
-
CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)
Bugün, 08:17 GÜNDƏM
-
DÇ-2026: İspaniya Fransa üzərində tarixi qələbə qazandı
Bugün, 00:58 İDMAN
-
"O VAXT İRAQIN İŞĞALI YANLIŞ İDİ” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar
Bugün, 00:31 GÜNDƏM
-
İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"
Bugün, 00:23 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 00:05 GÜNDƏM
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - 11 nəfər xilas edilib - Kapitan isə axtarılır
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə!
14.07.2026, 23:23 İDMAN
-
"Tiktoker Arzum"un hökmü: xəstəxanada 21 dəqiqə qalıb, maşını aeroportdan götürülüb
14.07.2026, 22:07 KRİMİNAL
-
İlham Əliyevin adından Xankəndidə Slovakiya prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
14.07.2026, 20:27 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda yenidən hakim qarşısında + FOTOLAR
14.07.2026, 18:36 GÜNDƏM
-
BAKIDA KOLBASA SEXİNDƏ İYRƏNCLİK - Agentlik yoxladı və... + FOTOLAR
14.07.2026, 18:09 İQTİSADİYYAT
-
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026, 18:04 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
14.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi
14.07.2026, 17:59 KRİMİNAL
-
TBİLİSİ-BAKI QATARINA UCUZ BİLET SATAN ŞİRKƏT... - Qadağa qoyulub?
14.07.2026, 17:47 CƏMİYYƏT
-
Agentlik sədri 6 ay sonra qərarını dəyişdi - Regional idarə müdiri vəzifədən uzaqlaşdırıldı
14.07.2026, 17:40 CƏMİYYƏT
-
CHP-də gərginlik pik həddə yüksəldi - Özgür Özəl məhkəməyə üz tutdu
14.07.2026, 17:34 SİYASƏT
-
“Beşiktaş”dan Məhəmməd Salahla bağlı – Açıqlama
14.07.2026, 17:24 İDMAN
-
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradıldı - Əli Əsədov qərar verdi
14.07.2026, 17:12 CƏMİYYƏT
-
İkardi "Qalatasaray"da qalacaq? - Okan Burukdan açıqlama
14.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.07.2026, 17:00 İQTİSADİYYAT
-
Həbsdə olan sabiq icra başçısı barədə yeni qərar verildi
14.07.2026, 16:54 GÜNDƏM
-
Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
14.07.2026, 16:53 CƏMİYYƏT
-
Yaqut İmanova: "Flora Kərimovanın səhhəti yaxşıdır"
14.07.2026, 16:48 MƏDƏNİYYƏT
-
Aktrisa izləyicilərini məhkəməyə verməyə hazırlaşır
14.07.2026, 16:39 ŞOU-BİZNES