Ərdoğanın daha bir liderə hədiyyə etdiyi tapança gündəm oldu – Hava limanında xəbər tutdu və…  

Ərdoğanın daha bir liderə hədiyyə etdiyi tapança gündəm oldu – Hava limanında xəbər tutdu və…  

GÜNDƏM

Bugün, 15:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitinə qatılan dövlət və hökumət başçılarına hədiyyə etdiyi üzərində adları yazılmış tapança Britaniyadan sonra daha bir ölkədə gündəm yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sammitdə iştirak edən Belçika Baş naziri Bart De Vever ölkəsinə qayıtdıqdan sonra təyyarədə hədiyyə qutusunu açıb: “Qutuda silah və ona məxus patronları görən Baş nazir onu yerə endikdən sonra hava limanı polisinə təhvil verilib”

Məlumatda silahın taleyi ilə bağlı hələlik yekun qərar verilmədiyi deyilir.

Xatırladaq ki, Böyük Britaniya Baş naziri Keir Starmer də ölkəsində silah idxalı ilə bağlı qanuna əsasən, ona hədiyyə olaraq verilən revolveri apara bilməyib.

Əhməd

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR