İran ABŞ-ın son hücumundakı itkiləri açıqladı – Tramp isə “Razılaşmaq istəyirlər, lakin etibarım qalmayıb” deyir  

İran ABŞ-ın son hücumundakı itkiləri açıqladı – Tramp isə “Razılaşmaq istəyirlər, lakin etibarım qalmayıb” deyir  

GÜNDƏM

Bugün, 11:10

İran ABŞ-ın ötən gecə vurduğu 90-dan çox hədəflə bağlı son məlumatı açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamaya əsasən, hücum nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb.

ABŞ prezidenti Donald Trampisə son hücumdan sonra jurnalistlərə açıqlamasında Tehranın yenə onunla razılaşmaq istədiyini iddia edib. O, əlavə edib ki, artıq İrana etibar etmir: "Qazanmağın bir çox yolu var. Amma biz artıq hərbi cəhətdən qalib gəlmişik. Onların çox az ehtiyatı qalıb. İran mənə zəng etdi, onlar razılaşmaq istəyirlər. Ancaq onların razılaşmaya layiq olub-olmadığını bilmirəm. Düşünmürəm ki, onlar razılaşmaya əməl edəcəklər. Düzünü desəm, onlar bir növ dəlidirlər. Bir az nəzarətdən çıxıblar. Amma yenə də çox ağır şərtlərlə razılaşmaq istəyirlər. Lakin dediyim kimi, onlara etibarım yoxdur”

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR