"Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var" - "Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində işlər gedir" (YENİLƏNİB)

\"Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var\" - \"Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində  işlər gedir\" (YENİLƏNİB)

SİYASƏT

Bugün, 10:09

"Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var".

Mia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb: "Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub".

Nazir Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi Azərbaycan tərəfinə bildirilib.

O qeyd edib ki, bu layihə ABŞ tərəfindən dəstəklənir: "Bu istiqamətdə danışıqlar ABŞ-Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRİPP-in giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dən olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir"(Report).

***

Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib.

Mia.az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətni artıq paraflanıb və ictimaiyyətə açıqlanıb: "Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin rəsmi mövqeyini açıqlayıb. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR