NATO Sammitində ən dadlı yeməklər: liderlər nəyi bəyənib? - FOTOLAR

NATO Sammitində ən dadlı yeməklər: liderlər nəyi bəyənib? - FOTOLAR  

MƏDƏNİYYƏT

Bugün, 09:57

Türkiyənin paytaxtı Ankarada keçirilən NATO Sammitinə təkcə tədbirlər və açıqlamalar deyil, həm də qonaqlara təqdim olunan yeməklər damğa vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəsmi şam ziyafətlərində türk mətbəxinin xüsusi təamlaır qonaqlara təqdim olunub.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp daha çox mal əti qabırğası tandooru və “hünkar beğendi”yə heyran qalıb: “O, aşpazdan Ağ Ev menyusuna əlavə etmək üçün bunların reseptini istəyib”.

Fransa prezidenti Makron ənginarı bəyənib. O, hətta aşpazı yanına çağıraraq, ona Parisdə restoran açmağı təklif edib: "Urla mastikası və souslu Tokat üzüm yarpağı salatını seçən Makron aşpaz Fatih Tutaka "Bu müasir türk mətbəxini Parisdəki bir restorana daşımalısınız”.

İspaniya Baş naziri Sançez isə püstə desertinə heyran qalıb. O, menyudakı "Qaymaqlı püstə”ni şox  bəyənib.

Digər qonaqlar isə demək olar ki, hər təamdan dadaraq tərifləyiblər.

Ləman

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR