Yunanıstan Baş naziri: “Türkiyə qonaqpərvərliyinə söz ola bilməz” - "Digər ölkələrin seçimlərinə şərh vermək mənim işim deyil"

Yunanıstan Baş naziri: “Türkiyə qonaqpərvərliyinə söz ola bilməz”  - \"Digər ölkələrin seçimlərinə şərh vermək mənim işim deyil\"

SİYASƏT

Bugün, 00:05

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Ankarada keçirilən 36-cı NATO sammitindən sonra jurnalistlərə açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Türkiyənin möhtəşəm NATO Zirvəsinə ev sahibliyi etdiyini qeyd edib.

Baş nazir bildirib ki, NATO-nun birliyini və xarakterini qorumaq üçün Avropa ölkələri Alyans daxilində məsuliyyətini artırmalıdır: "Bu o deməkdir ki, ABŞ və digər NATO üzvləri arasında tarazlığı təmin etmək üçün daha çox resurs xərcləməliyik. ABŞ Prezidenti Donald Tramp da bunu deyir”.

Türkiyənin ABŞ-dan F-35-lər alma ehtimalı ilə bağlı suala Mitsotakis bildirb ki, buna şərh vermək ona düşməz: “Yalnız onu deyə bilərəm ki, yunan pilotları 2027-ci ildə Yunanıstan üçün hazırlanmış F-35-lər üzrə təlimlərə başlayacaq. Digər ölkələrin seçimlərinə şərh vermək mənim işim deyil. ABŞ-a müdafiə sistemlərini kimə satmalı, kimə satmamalı olduğunu deyən Yunanıstan deyil. Biz Türkiyə ilə Yunanıstan arasında məhsuldar və funksional münasibətlərin tərəfdarıyıq. Prezident Ərdoğanla konstruktiv əməkdaşlığı davam etdirəcəyəm. Mən həmişə Türkiyənin qonaqpərvərliyini yüksək qiymətləndirirəm...".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR