İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edilib - DİM-dən açıqlama
MƏDƏNİYYƏT
Bugün, 15:13
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan olunub.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələsindən ibarət olmaqla keçiriləcək.
Direktor və direktor müavini vəzifələri üzrə müsabiqədə yalnız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə vakant vəzifələr nəzərdə tutulur. Bu vəzifələr üzrə müsabiqədə ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisası bitirmiş, dövlət nümunəli diplomu olan, ixtisası üzrə azı 5 il pedaqoji əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müəllim vəzifələri üzrə müsabiqə isə həm Mədəniyyət Nazirliyinin, həm də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyulun 23-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı avqustun 8-də keçiriləcək.
Namizədlər DİM-in portalında "Şəxsi kabinet" yaratmalı və müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsabiqəyə müraciət etməlidirlər. Direktor və direktor müavinləri üzrə müsabiqədə iştirak haqqı 118 AZN, müəllimlər üzrə müsabiqədə iştirak haqqı isə 80 AZN təşkil edir.
Direktor və direktor müavinləri üzrə test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 3 saat davam edəcək. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında namizədlərə 70 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat davam edəcək. Müəllimlər üzrə keçid balları məktəbin yerləşdiyi əraziyə və bəzi ixtisaslar üzrə xüsusi tələblərə uyğun müəyyən edilir.
Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müğənni Niyam Salamini aldadıblar
Bugün, 18:19 ŞOU-BİZNES
-
Milyonlar qazanan iki biznesmenin sonu: biri özünü öldürüb, digəri... - TƏFƏRRÜAT
Bugün, 18:00 KRİMİNAL
-
Polisdən “Any Unboxing”ə qarşı əməliyyat: saxlanılanlar var - 2.5 milyonluq zərər var + VİDEO
Bugün, 17:44 GÜNDƏM
-
Tramp Türkiyədən növbəti əmri verdi: “İranı daha sərt vurun, onlar dəlidir!” - “Putin və Zelenski razılaşma istəyirlər”
Bugün, 17:30 GÜNDƏM
-
NATO Liderləri Zirvəsinin yekun bəyannaməsi: 50 milyard dollarlıq əlavə sərmayə və… - DETALLAR
Bugün, 17:20 GÜNDƏM
-
Prezident İlham Əliyev onlara vəzifə verdi - Sərəncam
Bugün, 17:07 GÜNDƏM
-
Prezident "İçərişəhər"lə bağlı fərman imzaladı - Dəyişiklik
Bugün, 17:03 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Daha iki vəkilə töhmət verilib, dörd vəkilə isə xəbərdarlıq olunub
Bugün, 16:57 CƏMİYYƏT
-
“Mənim saxlanılmağım barədə məlumat doğru deyil" - YAP-ın keçmiş funksionerindən iddialara reaksiya
Bugün, 16:35 SİYASƏT
-
QHT rəhbərinə hökm oxundu
Bugün, 16:17 SİYASƏT
-
Balakəndə 43 yaşlı kişini sel aparıb
Bugün, 16:05 CƏMİYYƏT
-
Şuşa Dövlət Qoruğunun səlahiyyətləri artırıldı - FƏRMAN
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
Prezident bir qrup diplomata diplomatik rütbələr verdi - SİYAHI
Bugün, 15:20 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edilib - DİM-dən açıqlama
Bugün, 15:13 MƏDƏNİYYƏT
-
Fazil Mustafa spikerin müdafiəsinə qalxdı: "Sahibə Qafarova "Slavyan"dan əvvəl..."
Bugün, 15:07 SİYASƏT
-
"Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək
Bugün, 14:55 GÜNDƏM
-
Belçika Baş naziri Trampın iradını haqlı saymadı
Bugün, 14:32 DÜNYA
-
Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub - O, kimdir?
Bugün, 14:21 GÜNDƏM
-
Baş nazir Ankarada sammitdə elə ittiham irəli sürdü ki… - “Ölkəm Türkiyənin təhdidi altındadır”
Bugün, 14:19 GÜNDƏM
-
Sammit başladı: Ərdoğan NATO Liderlərinin görüşündə mühüm mesajlar verdi - FOTOLAR
Bugün, 14:12 GÜNDƏM
-
Vəkil Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bugün, 14:02 SİYASƏT
-
Zakir Həsənov Quru Qoşunlarında əməliyyat təlimində - VİDEO
Bugün, 13:47 GÜNDƏM
-
İyunun “Ulduz”u çapdan çıxdı
Bugün, 13:11 PRESS
-
İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istəyiblər
Bugün, 13:02 KRİMİNAL
-
Sabirabad sakini 10 kiloqram narkotiklə saxlanılıb
Bugün, 13:02 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:41 GÜNDƏM
-
NATO SAMMİTİNDƏ DAHA BİR GƏRGİNLK: “Məni Trampdan uzaq tut” – Baş nazir Ərdoğandan şəxsən xahiş edib
Bugün, 12:25 GÜNDƏM
-
TRAMP ANKARADA: “İranla danışıqlar bitdi, İspaniya ilə ticarət əlaqəsi belə istəmirəm, NATO-dan isə…"
Bugün, 12:12 GÜNDƏM
-
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Bugün, 12:08 GÜNDƏM
-
"Fənərbağça" yeni hücumçu ilə anlaşdı – İllik 9 milyon avro maaş veriləcək
Bugün, 12:04 İDMAN
-
Azərbaycan və İordaniya XİN başçıları Bakıda görüşüblər
Bugün, 11:56 SİYASƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Hansı məsələlər üzrə qərar qəbul edilib? (FOTOLAR)
Bugün, 11:43 CƏMİYYƏT
-
Yunanıstan Baş naziri Trampın mesajına şərh verməyib
Bugün, 11:38 SİYASƏT