Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb

GÜNDƏM

Bugün, 12:08

İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, Lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək.

Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR