Nazir onu yüksək vəzifəyə təyin etdi - ƏƏSMN-də növbəti dəyişiklik

Nazir onu yüksək vəzifəyə təyin etdi - ƏƏSMN-də növbəti dəyişiklik

CƏMİYYƏT

Bugün, 11:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Məmmədov bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləyib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR