Misirin Baş məşqçisindən skandal bəyanat: “Messinin məğlub edilməsini istəmirlər, DÇ-ni bazara çeviriblər”  

Misirin Baş məşqçisindən skandal bəyanat: “Messinin məğlub edilməsini istəmirlər, DÇ-ni bazara çeviriblər”  

İDMAN

Bugün, 10:00

Ötən gün DÇ-2026-da Misir millisinin 2-0 hesabı ilə öndə olduğu matçda hakimin şübhəli qərarları və Argentinanın son dəqiqədə vurduğu qolla 3-2 hesabı ilə ¼ finala yüksəlməsi dünyada birmənalı qarşılanmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ lideri Donald Trampın FİFA-ya təzyiqi ilə Amerika millisinin hücumçusunun qırmızı kartının ləğvindən sonra bu matçda da yaşanan bəzi şübhəli məqamlar mötəbər yarışa kölgə düşürüb.

Misir yığmasının baş məşqçisi Hossam Həsən Argentinaya məğlubiyyəti ədalətli saymayıb: "Dünya Çempionatı artıq bazara, marketinq sənayesinə çevrilib.  Bu, aydındır. Onlar Messinin məğlub edilməsini istəmirlər. Buna görə də bu matçda ədalət yox idi. Messi boş yerə sevinməməlidir. Onlar bu sevincə haqq etmirlər...”.

Təcrübəli məşqçi məruz qaldıqları ədalətsizliyə etiraz olaraq daha bu turnirdə heç bir oyunu izləməyəcəyini deyib: "Bu gündən etibarən Dünya Kubokunda heç bir matçı izləməyəcəyəm. Bu, məruz qaldığımız ədalətsizliyə etirazdır. Oyunçularımı ürəkdən təbrik edirəm. Onlar bu millətin qəhrəmanlarıdır."

Fərid Əhmədov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR