Kolumbiyada seçkini uduzan president şikayətlənir: “Nəticəni tanımıram, İsrail sayıma müdaxiə edib, Tramp…”  

Kolumbiyada seçkini uduzan president şikayətlənir: “Nəticəni tanımıram, İsrail sayıma müdaxiə edib, Tramp…”  

DÜNYA

Bugün, 08:51

Kolumbiya prezidenti Qustavo Petro 21 iyunda keçirilən seçkilərin ikinci turunda qalib gələn Abelardo de la Espriellanın legitimliyini tanımayacağını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, seçkilərin saxtalaşdırıldığını iddia edən Petro bu məsələdə İsrailin özəl kəşfiyyat şirkətini ittiham edib. Guya İsrail şirkəti “Black Cube”nin səslərin sayılmasına müdaxilə edib.

Xatırladaq ki, 7 avqustda vəzifəsinə başlayacağı planlanna Abelardo de la Espriella səslərin 49,66%-ni toplayıb.

Petro isə alqoritmlərin Los-Ancelesdə yerləşən və Bautista qardaşlarına məxsus bir IP server vasitəsilə Espriellanın lehinə səs faizlərini dəyişdirmək üçün aktivləşdirildiyini iddia edir.

Petro həmçinin yeni president haqqında şok ittihamlar irəi sürüb: “ABŞ Prezidenti Donald Trampla telefon danışmışdım. O, Espriellanın keçmişi haqqında kifayət qədər məlumata malik deyil. Espriella narkotik qaçaqmalçılığı və soyqırımla əlaqəli adamdır. Tramp Espriella haqqında məlumatı öz kəşfiyyat orqanlarından məlumat almalıdır. Buna ümidliyəm. Mən isə onun saxta qələbəsini tanımıram. Xalqı 20 iyulda küçələrə çıxmağa çağırıram. Abelardo seçkilərdə qalib gəlmədi. Siz də (xalqı nəzərdə tutur – Mia.az) seçkilərdə qalib gəlmədiniz. Ona görə küçələrə çıxaraq haqqımızı almalıyıq”.

Xatırladaq ki, Donald Trampla yaxın əlaqələri ilə tanınan 47 yaşlı vəkil və iş adamı Espriella ikinci turda səslərin 49,66%-ni qazanıb.

Espriella seçki kampaniyası zamanı İsraillə münasibətləri daha da gücləndirəcəyinə söz verib.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR