Gələn ildən ölkəmizdə ağciyər köçürmələri həyata keçiriləcək - Hüquqşünas rəyi
CƏMİYYƏT
Bugün, 18:58
İnsan orqanlarının satışını təklif edən elanlar yenə aktivləşməyə başlayıb.
Mia.az xəbər verir ki, 2021-23-cü illərdə belə elanların qarşısı alınmış, hüquqi tədbirlər sərtləşdirilmişdi. Həmin illərdə elanlara əsasən, küçələrdə və telefon nömrələriylə rast gəlinirdi. Amma hazırda sosial şəbəkələrdə orqan satışına dair anonim təkliflərə tez-tez rast gəlmək olar.
Əslində ölkəmizdə orqan transplantasiyası həyata keçirilir. Lakin donorların ailə üzvləri olması şərtdi. Habelə, vəfat etmiş şəxsin orqanları da onun yaxınlarının icazəsiylə bağışlana bilər. Yəni, insan orqanı heç bir halda, satış obyekti ola bilməz. Əksər Avropa ölkələri də donor orqan satışını qadağan edir. Canlı donor olan şəxslər də əsasən, sümük iliyi köçürmələrinə cəlb olunur.
Azərbaycanda bu sahədə hüquqi bazanı şərh edən hüquqşünas Pərviz Eyyubov bildirir ki, ölkəmizdə insan orqanlarının transplantasiyasına 1999-cu il oktyabrın 28-də qəbul edilən qanunla icazə verilib: “Səhiyyə Nazirliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyət göstərir və bu qurum ölkədə orqan və toxuma donorluğu, həmçinin transplantasiya işinin təşkili, koordinasiyası və əlaqələndirilməsini həyata keçirir. Bu Mərkəzin nəzarətindən kənarda həyata keçirilən tibbi manipulyasiyalar, buna cəlb olunan tibbi ekspertlər və klinikalar ciddi hüquqi məsuliyyət daşıyır. Orqan satışıyla bağlı elan verən şəxslərlə də hüquqi müstəvidə tədbirlər görülür. Araşdırmalar göstərir ki, belə elan sahiblərinin əksəriyyəti psixioloji baxımdan böhran vəziyyətində, verdiyi elanın hüquqi məsuliyyətini dərk etməyənlər olur. Amma şübhəsiz ki, nəzarətsiz şəraitdə onların düşdüyü psixioloji durumdan faydalanmaq istəyənlər tez tapılır”.
Hüquqşünas P.Eyyubovun sözlərinə görə, satış məqsədi daşıyan orqan köçürməsinin qanunvericilikdə cəzası var: "İnsan orqan və toxumalarının transplantasiyası" haqqında qanuna görə, insan orqanları heç bir zaman satıla bilməz. Vətəndaş öz orqanlarını ya sağlığında, ya da öləndən sonra yaxınları bağışlaya bilər. Əks halda Cinayət Məcəlləsinin 137-ci maddəsinə görə, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı ilə məğul olan şəxs, dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir. Bununla yanaşı, həmin şəxs, iki ilədək müddətə islah işlərinə cəlb edilə bilər. Və yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Yeri gəlmişkən, Koordinasiya Mərkəzində donor orqanına ehtiyacı olan şəxslərin gözləmə siyahısı tərtib edilir və əməliyatlar ardıcıllığa uyğun aparılır. Sümük iliyi köçürməsi icbari tibbi sığorta paketi çərçivəsində, H.Əliyev fondunun dəstəyilə pulsuz həyata keçirilir. Bunu əsasən, talassemiyalı xəstələr üçün tətbiq edirlər. Amma təbii ki, donor mütləq qaydada ailə üzvü olmalıdır.
Yeri gəlmişkən, dünyada insanın bütün orqanlarının – ağ və qaraciyər, mədəaltı vəzi, ürək, böyrək, dəri, sümük və hətta üz orqanlarının transplantasiyası həyata keçirilib. Bizim ölkəmizdə isə 2027-ci ildən etibarən ağciyər və ürək-ağciyər kompleksi transplantasiyalarının həyata keçirilməsi planlaşdırılır.
Koordinasiya Mərkəzi özünün sosial media hesablarında orqan donorluğunu aktiv təbliğ edərək, bunun “öldükdən sonra da yaşamaq” olduğunu bildirir. Mərkəzdən verilən məlumata görə, indiyədək könüllü donor olaraq 1600 nəfər qeydiyyata alınıb.
Mərkəzin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirir ki, Azərbaycanda cansız donorlardan götürülən 84 orqan transplantasiya olunub.
Qeyd edək ki, 2024-cü ildə canlı donor olmaq istəyənlərin sayı cəmi 5 nəfər olub. Könüllü donor qeydiyyatına isə 38 nəfər yazılıbmış. Son iki ildə bu rəqəmin sürətlə artması da ola bilsin, “qara bazar”da orqan satmaq istəyənlərin sayının azalmasına səbəb olub.
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp Ankara səfəri ərəfəsində İranı təhdid etdi: “Bir saata məhv edərəik”
Bugün, 19:01 GÜNDƏM
-
Gələn ildən ölkəmizdə ağciyər köçürmələri həyata keçiriləcək - Hüquqşünas rəyi
Bugün, 18:58 CƏMİYYƏT
-
Leyla Əliyeva Qəbələdə - FOTOLAR
Bugün, 18:35 MƏDƏNİYYƏT
-
Prezident ARDNF-lıə bağll sərəncam imzalayıb
Bugün, 18:04 GÜNDƏM
-
VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb
Bugün, 17:59 CƏMİYYƏT
-
Masallıda 3050 kq iylənmiş ət aşkarlanıb
Bugün, 17:45 İQTİSADİYYAT
-
TRAMP İSTƏDİ, FİFA “BARDAĞI DAŞIRDI” – UEFA-dan qərara çox sərt etiraz var
Bugün, 17:38 İDMAN
-
Konqoda ebola epidemiyası sürətlə yayılır
Bugün, 17:22 DÜNYA
-
Sabah bağçalara elektron qəbul başlayacaq
Bugün, 17:19 CƏMİYYƏT
-
Bakı-Naxçıvan reysləri yenə təxirə salınıb
Bugün, 17:15 GÜNDƏM
-
Şahzadənin hərəkəti gündəm oldu – Soyunma otağına girdi və… (FOTO)
Bugün, 17:07 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 GÜNDƏM
-
Rəsmən təsdiqləndi – Tramp sabah Ankaraya gəlir
Bugün, 16:53 GÜNDƏM
-
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:50 GÜNDƏM
-
"Qəbələ" Seydina Keyta ilə yollarını ayırıb
Bugün, 16:44 İDMAN
-
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı və...
Bugün, 16:17 GÜNDƏM
-
NATO generalı: “Bu gün ayağa qalxırıq və irəliləyirik” – “İndi daha güclü və daha qətiyyətliyik”
Bugün, 15:57 GÜNDƏM
-
NATO-nun Baş katibi Ankaraya gəldi
Bugün, 15:46 GÜNDƏM
-
Milli Observatoriyanın əməkdaşı vaxtsız vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev kənd təsərrüfatı torpaqları barədə fərman verdi - DƏYİŞİKLİK
Bugün, 15:34 İQTİSADİYYAT
-
Super Liqada püşkatma: mərasimin vaxtı bəlli oldu
Bugün, 15:30 İDMAN
-
Rəis azadlıqda, işçi həbsdə... - Auditorlar Palatasının keçmiş vəzifəli şəxslərinə hökm oxundu
Bugün, 15:18 KRİMİNAL
-
Müəllimlərin işə qəbulu: ödəniş sistemi aktivləşdirildi
Bugün, 15:11 GÜNDƏM
-
Azərbaycan, Misir və Türkiyə hava qüvvələri bir arada - VİDEO
Bugün, 14:59 GÜNDƏM
-
“Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
Bugün, 14:54 İQTİSADİYYAT
-
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 14:53 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərində ixtisas və məktəb seçimi mərhələsi başlayıb
Bugün, 14:50 MƏDƏNİYYƏT
-
Bakda müəlliməni kim şantaj edib? - Məhkəmə işi
Bugün, 14:30 KRİMİNAL
-
Şirvanda 34 manatlıq naqil oğurlanıb
Bugün, 14:23 KRİMİNAL
-
Qarabağ bölgəsində 2333.3 hektar ərazi minalardan təmizlənib
Bugün, 14:14 CƏMİYYƏT
-
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 14:07 SİYASƏT
-
Regionlarda "Media savadlılığının təşviqi" layihəsinə başlayır – Qafqaz Araşmaları Mərkəzi gəncləri maarifləndirəcək
Bugün, 13:56 PRESS
-
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul... - DİM açıqlama yaydı
Bugün, 13:56 PRESS
-
DÇ-2026-da inanılmaz qalmaqal: Tramp müdaxilə etdi, FİFA qırmızı kartı ləğv etdi – FUTBOL DÜNYASI ŞOKDA!
Bugün, 13:39 İDMAN