Baş nazirin həyat yoldaşına Ankaraya səfərə icazə verilməyib

Baş nazirin həyat yoldaşına Ankaraya səfərə icazə verilməyib  

DÜNYA

Bugün, 08:36

İspaniyada dörd ayrı-ayrı ittiham üzrə mühakimə olunan və pasportuna “əl qoyulan”  Baş nazir Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin NATO Sammiti üçün dəvət aldığı Ankaraya getməsinə icazə verilməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətin icazə tələbiyl üz tutduğu məhkəmə bu barədə qərar çıxarıb.

Məlumata əsasən, məhkəmə Türkiyənin Avropa İttifaqı (Aİ) üzvü olmadığını əsas gətirilərək, icazə tələbini rədd edib: “Beqona Qomez nüfuzundan istifadə etməkdə, biznes korrupsiyasında, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İspaniya Baş nazirinin həyat yoldaşı olan xanım bu gün Türkiyəyə sammitə dəvətli idi. O, pasportunun geri verilməsi və ölkədən çıxışa qoyulmuş qadağanın götürülməsi üçün məhkəməyə vəsatət verib. Lakin məhkəmə Begona Gomezin Aİ üzvü olmayan Türkyə səfərinə elə bu əsasla icazə verməyib. Bu barədə Begona Gomezin işinə sədrlik edən hakim Juan Carlos Peinado məzuniyyətdə olduğu üçün onu əvəzləyən hakim Antonio Viejo qərar verib”.

Məlumatda deyilir ki, bu qərar hökumətdə çox böyük narazılıq yaradıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR