“New York Times”: ABŞ Türkiyəyə F-35-ləri satacaq - Tramp Ərdoğanla görüşdə açıqlayacaq

“New York Times”: ABŞ Türkiyəyə F-35-ləri satacaq - Tramp Ərdoğanla görüşdə açıqlayacaq  

GÜNDƏM

Bugün, 08:10

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə bu gün Ankarada başlayacaq NATO Liderləri sammitindən əvvəl maraqlı iddia yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Amerikanın nüfuzlu “New York Times” qəzeti 4 mənbəyə əsaslanaraq Donald Trampın Ərdoğanla görüşdə Türkiyəyə mühüm jestlər edəcəyini yazıb.

Qəzetin məlumatına görə, Tramp Ərdoğana görüşdə F-35 qırıcı təyyarə proqramında Türkiyəyə qarşı qoyulmuş sanksiyanın götürüləcəyi xəbərini verəcək.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almasını bəhanə edərək, Türkiyəyə qarşı F-35 və F-16-lara xidmətlə bağlı sanksiyalar qoyub.

“Reuters” isə yazır ki, ABŞ F-35-lərlə qadağanı götürməklə yanaşı, Türkiyəyə 700 milyon dollardan çox dəyərində onlarla qırıcı təyyarə mühərrikinin satışını təsdiqləyəcək.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR