İncəsənət məktəb və mərkəzlərində ixtisas və məktəb seçimi mərhələsi başlayıb
MƏDƏNİYYƏT
Bugün, 14:50
Bu gündən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək.
Mia.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, seçimlər iyulun 20-dək davam edəcək.
Bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Qeyd: xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
Musiqi alətləri ixtisasları üzrə:
- fortepiano, simli alətlər — 7 illik təhsil: 6–8 yaş;
- fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri — 5 illik təhsil: 9–12 yaş.
Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
- vokal, estrada oxuma və xanəndəlik — 5 illik təhsil: 7–11 yaş;
- xor ixtisası — 7 illik təhsil: 7–10 yaş.
Təsviri sənət ixtisasları üzrə:
- rəssamlıq və heykəltəraşlıq — 4 illik təhsil: 8–12 yaş.
Xoreoqrafiya ixtisası üzrə:
- 5 illik təhsil: 6–10 yaş.
Ödənişli əsaslarla təhsil üçün minimum yaş hədləri saxlanılmaqla maksimum yaş 40 olaraq müəyyən edilib.
Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd, 18 yaşına çatmayan namizədlərin isə valideyni və ya qanuni nümayəndəsi aşağıdakı sənədləri sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi — xarici ölkə vətəndaşları üçün;
- sağlamlıq haqqında tibbi arayış.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Konqoda ebola epidemiyası sürətlə yayılır
Bugün, 17:22 DÜNYA
-
Sabah bağçalara elektron qəbul başlayacaq
Bugün, 17:19 CƏMİYYƏT
-
Bakı-Naxçıvan reysləri yenə təxirə salınıb
Bugün, 17:15 GÜNDƏM
-
Şahzadənin hərəkəti gündəm oldu – Soyunma otağına girdi və… (FOTO)
Bugün, 17:07 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 GÜNDƏM
-
Rəsmən təsdiqləndi – Tramp sabah Ankaraya gəlir
Bugün, 16:53 GÜNDƏM
-
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:50 GÜNDƏM
-
"Qəbələ" Seydina Keyta ilə yollarını ayırıb
Bugün, 16:44 İDMAN
-
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı və...
Bugün, 16:17 GÜNDƏM
-
NATO generalı: “Bu gün ayağa qalxırıq və irəliləyirik” – “İndi daha güclü və daha qətiyyətliyik”
Bugün, 15:57 GÜNDƏM
-
NATO-nun Baş katibi Ankaraya gəldi
Bugün, 15:46 GÜNDƏM
-
Milli Observatoriyanın əməkdaşı vaxtsız vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev kənd təsərrüfatı torpaqları barədə fərman verdi - DƏYİŞİKLİK
Bugün, 15:34 İQTİSADİYYAT
-
Super Liqada püşkatma: mərasimin vaxtı bəlli oldu
Bugün, 15:30 İDMAN
-
Rəis azadlıqda, işçi həbsdə... - Auditorlar Palatasının keçmiş vəzifəli şəxslərinə hökm oxundu
Bugün, 15:18 KRİMİNAL
-
Müəllimlərin işə qəbulu: ödəniş sistemi aktivləşdirildi
Bugün, 15:11 GÜNDƏM
-
Azərbaycan, Misir və Türkiyə hava qüvvələri bir arada - VİDEO
Bugün, 14:59 GÜNDƏM
-
“Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
Bugün, 14:54 İQTİSADİYYAT
-
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 14:53 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərində ixtisas və məktəb seçimi mərhələsi başlayıb
Bugün, 14:50 MƏDƏNİYYƏT
-
Bakda müəlliməni kim şantaj edib? - Məhkəmə işi
Bugün, 14:30 KRİMİNAL
-
Şirvanda 34 manatlıq naqil oğurlanıb
Bugün, 14:23 KRİMİNAL
-
Qarabağ bölgəsində 2333.3 hektar ərazi minalardan təmizlənib
Bugün, 14:14 CƏMİYYƏT
-
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 14:07 SİYASƏT
-
Regionlarda "Media savadlılığının təşviqi" layihəsinə başlayır – Qafqaz Araşmaları Mərkəzi gəncləri maarifləndirəcək
Bugün, 13:56 PRESS
-
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul... - DİM açıqlama yaydı
Bugün, 13:56 PRESS
-
DÇ-2026-da inanılmaz qalmaqal: Tramp müdaxilə etdi, FİFA qırmızı kartı ləğv etdi – FUTBOL DÜNYASI ŞOKDA!
Bugün, 13:39 İDMAN
-
CHP-də gərginlik artan xətlə davam edir – Kılıçdaroğlunun “sağ əl”i partiyadaşları tərəfindən etirazla qarşılandı
Bugün, 13:15 SİYASƏT
-
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.
Bugün, 12:59 GÜNDƏM
-
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başlayıb - QRAFİK
Bugün, 12:44 CƏMİYYƏT
-
AGENTLİKDƏ SƏDR MÜAVİNİ TƏYİNATI OLDU - Prezidentdən sərəncam + FOTO
Bugün, 12:30 GÜNDƏM
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Bugün, 12:27 CƏMİYYƏT
-
Naxçıvanda hərbçi, xanımı və övladı qəzada dünyasını dəyişiblər
Bugün, 12:13 KRİMİNAL
-
Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiyalar yaradılıb
Bugün, 12:06 CƏMİYYƏT