Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.

GÜNDƏM

Bugün, 12:59

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR