Dövlət torpaqlarının qanunsuz satılması... - 11 nəfərin cinayət işi məhkəməyə göndərildi
KRİMİNAL
Bugün, 10:37
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidməti Mia.az-a bildirilib ki, cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.
İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.
Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu yalandan bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.
Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə geri qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Eldar Əzizovdan yeni - Təyinat
Bugün, 12:14 CƏMİYYƏT
-
“Azenco”da 3 milyon manatlıq qalmaqal - Keçmiş direktor həbs edildi
Bugün, 12:04 KRİMİNAL
-
Tibb Universiteti bu şirkətlə sövdələşdi - 2 845 160 manatlıq alqı-satqı olacaq
Bugün, 11:59 İQTİSADİYYAT
-
Gürcüstanda qırmızı bülletenlə axtarışda olan Azərbaycan vətəndaşını saxlanıldı
Bugün, 11:55 KRİMİNAL
-
General vəzifədən azad olundu - Daha bir general isə rəis təyin edildi
Bugün, 11:39 GÜNDƏM
-
"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlar dəyişir
Bugün, 11:23 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərdi - MƏTN
Bugün, 11:11 GÜNDƏM
-
“Istefa verəcəyəm” – Haluk Levent
Bugün, 10:58 MƏDƏNİYYƏT
-
Paşinyan Xameneinin vida mərasiminə qatılıb - VİDEO
Bugün, 10:46 SİYASƏT
-
Dövlət torpaqlarının qanunsuz satılması... - 11 nəfərin cinayət işi məhkəməyə göndərildi
Bugün, 10:37 KRİMİNAL
-
Dövlət xidmətində 88 nəfər barəsində Baş Prokurorluğa material göndərildi - Korrupsiya faktları
Bugün, 10:20 GÜNDƏM
-
"Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
Bugün, 10:05 GÜNDƏM
-
İqbal Ağazadənin adıyla aldadılan jurnalistin pulu qaytarıldı - FOTO (YENİLƏNİB)
Bugün, 10:01 PRESS
-
Azərbaycan neftinin qiyməti 71 dollara düşüb
Bugün, 09:45 İQTİSADİYYAT
-
İsmayıl Kartal istədi, klub prezidenti aldı – Brazilyalı futbolçu İstanbula gəlir
Bugün, 09:33 İDMAN
-
İcra Hakimiyyəti yeniyetmələri istismar faktını paylaşdı, daha sonra isə görüntüləri tələsik sildi - FOTOLAR
Bugün, 09:26 CƏMİYYƏT
-
Nazirliyin sabiq idarə rəisinə cinayət işi açılıb - Mehdi Əmrahov nədə ittiham olunur?
Bugün, 09:15 CƏMİYYƏT
-
DÇ-2026: Əlcəzair yarışla vidalaşdı
Bugün, 08:59 İDMAN
-
"Arzum" ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı + DETALLAR
Bugün, 08:39 CƏMİYYƏT
-
Aktyora qandal vurulması Kılıçdaroğlunu hirsləndirdi: "Qaçma şübhəsi olmadığı açıq deyilmi?"
Bugün, 08:29 SİYASƏT
-
"ABŞ İran nümayəndə heyətinə sui-qəsd planını pozub” - "Washington Post" şok iddia yaydı
Bugün, 08:11 GÜNDƏM
-
DÇ-2026-da daha bir oyunda inanılmaz qərarlar: 3 qol sayılmadı, VAR isə...
Bugün, 07:55 İDMAN
-
DÇ-2026: İspaniya millisi inamlı qələbə qazanıb
Bugün, 00:59 İDMAN
-
Dövlət katibi qırmızı karta etiraz etdi: “Kaş ki, qərardan şikayət etmək imkanı olaydı”
Bugün, 00:32 İDMAN
-
Hücumçu “Qalatasaray” forması ilə məşqə çıxdı, azarkeşlər etiraz elədi – FOTO
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
İran XİN: “ABŞ Qərbi Asiyada sülh və təhlükəsizliyə sistemli məhəl qoymayıb”
02.07.2026, 23:45 DÜNYA
-
Hakan Fidan: “ABŞ F-35-lərlə bağlı qadağanı ləğv edə bilər”
02.07.2026, 22:13 SİYASƏT
-
Azərbaycandan İranın sabiq Ali rəhbərinin dəfn mərasiminə kimlər gedəcək? - Adlar bəlli oldu
02.07.2026, 21:29 SİYASƏT
-
Müddətin bitməsinə 2 dəqiqə qalmış müqaviləyə xitam verildi
02.07.2026, 19:50 İDMAN
-
SOCAR-da daha bir dəyişiklik - Rövşən Nəcəf yeni rəis təyin edib
02.07.2026, 19:08 CƏMİYYƏT
-
Ruslan Abdullayev vəzifədən azad edilib
02.07.2026, 18:54 CƏMİYYƏT
-
Mətbuat konfransında atasının ölüm xəbərini aldı – Yarımçıq tərk etdi
02.07.2026, 18:15 PRESS
-
““Qalatasaray”la Mauro İkardi anlaşa bilməyib”
02.07.2026, 18:07 İDMAN