İran parlamentinin sədri Çin rəsmiləri ilə bir arada: “İsrail danışıqları pozmaq istəyir" - "Çinlə münasibətlər daha yaxın olmalıdır"

İran parlamentinin sədri Çin rəsmiləri ilə bir arada: “İsrail danışıqları pozmaq istəyir\" - \"Çinlə münasibətlər daha yaxın olmalıdır\"

GÜNDƏM

Bugün, 12:21

“İran Hörmüz boğazına nəzarət məsələsində qətiyyətlidir. Heç bir ölkənin, o cümlədən ABŞ-ın bura müdaxiləsinə icazə verməyəcəyik”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf keçmiş Ali Din lider Əli Xameneinin dövlət mərasimində iştirak etmək üçün Tehrana gələn Çin nümayəndə heyəti ilə görüşdə deyib.

Məlumata görə, görüşdə Qalibaf İran və Çin arasında strateji əməkdaşlığın gücləndirilməsini vacib sayıb: “İki ölkə daha yaxın münasibətlər qurmalıdır. Çin çətin anlarda İranın yanında oldu. Müharibə və atəşkəs prosesində İran Çin gəmilərinin Hörmüz boğazından keçməsini asanlaşdırdığ. Əlbəttə, ABŞ-ın birtərəfli siyasəti qarşısında İran və Çin arasında siyasi və iqtisadi sahələrdə yaxın münasibətlər son dərəcə vacibdir”.

Spiker qeyd edib ki, İsrail İran və ABŞ arasında imzalanan anlaşma memorandumunu pozmaq istəyir: “Lakin İran yetərli hərbi gücə sahibdir”

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR