“Istefa verəcəyəm” – Haluk Levent

“Istefa verəcəyəm” – Haluk Levent  

MƏDƏNİYYƏT

Bugün, 10:58

2025-ci ildə iki saxta maliyyə köçürməsi ittihamı üzrə 70 milyon TL cərimələnən Ahbap Xeyriyyə Təşkilatının sədri, tanınmış müğənni Haluk Levent istefaya hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, “Ahbap”da növbəti audit təşkil edəcəyini və bundan  sonra isə oradan ayrılacağını deyb: “Auditdən alnımın ağı ilə təmiz çıxdıqdan sonra “Ahbap” sədrliyindən istefa verəcəyəm".

Son illər səhhəti və təşkilatla bağlı musiqi həyatını xeyli “axsatdığı”nı da sözlərinə əlavə edən müğənni zamanını sənətə həsr edəcəyini bildirib: "Mədə qanaması keçirdim. Sağlamlıq problemlərim və güclü stress səbəbindən peşəkar həyatıma, musiqimə və bəstələrimə biganə qaldım. Hazırda Suriya və Livan üzrə Birləşmiş Millətlər Təşkilatının Xoşməramlı səfiriyəm. İndi öz sənətimədönmək və mümkün halda qlobal layihələrdə yer almaq istəyirəm. İnanıram ki, məndən sonra “Ahbap”ı idarə edəcək dostlar çox uğurlar qazanacaqlar”

Ləman

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR