"Arzum" ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı + DETALLAR
CƏMİYYƏT
03.07.2026, 08:39
Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxs, hakim Ramilə Xəzri açıqlama verib.
Hakim bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir:
"Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozub.
Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.
Belə ki, İ. Hacıyeva “Mercedes-Benz D2” markalı avtomobilin sağa istiqamətlənərək yolun sağ kənarında olan beton maneəyə çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızının ağır bədən xəsarəti almasına, sürücü Məlikov Amalın isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib.
İ. Hacıyeva yol-nəqliyyat hadisəsini törətdikdən sonra öz şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxslərə yardım göstərmədən idarə etdiyi avtomobillə hadisə yerindən qaçıb. Bundan sonra istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Almaniya Federativ Respublikasına gedib.
İ. Hacıyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, İ. Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etdiyi təqdirdə onun hadisənin qarşısını almağa texniki imkanı olub.
Eyni zamanda məhkəmə prosesində dövlət ittihamçısı İ. Hacıyevaya qəti olaraq 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif edib.
Məhkəmə tərəfindən İ. Hacıyevanın yol-nəqliyyat hadisəsi yerindən qaçması, ölmüş zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq İ. Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
iş üzrə məhkəmə hökmündən narazı olan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququna malikdirlər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Jurnalist Rasim Ozan Kütahyalı azadlığa buraxılıb
Bugün, 00:58 PRESS
-
Çempionlar Liqası: "Fənərbağça" heç-heçəyə razılaşdı
Bugün, 00:51 İDMAN
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bugün, 00:36 KRİMİNAL
-
İsrail Qəzzada kafeni bombalayıb - 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Bugün, 00:29 DÜNYA
-
"İranla hər hansı formada danışıqlar yoxdur və planlanmayıb da" - Trampdan daha bir iddialı mesaj
Bugün, 00:14 GÜNDƏM
-
Türkiyədə klub prezidentini döymək istəyiblər - FOTOLAR
Bugün, 00:12 İDMAN
-
RƏSMİ TEHRAN: "Siz boyunuzu aşan işə girişibsiz, ancaq palyaço tayfasının şapkadan dovşan çıxarmasınə gözləməyin..."
Bugün, 00:03 GÜNDƏM
-
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Bugün, 00:03 DÜNYA
-
Türkiyədə zəlzələ olub
18.08.2026, 23:50 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
18.08.2026, 22:47 SİYASƏT
-
İran bu ölkəyə raket fırlatdı - Müdafiə Nazirliyi açıqladı
18.08.2026, 21:34 GÜNDƏM
-
TÜRKİYƏDƏ DEPUTAT BIÇAQLANDI - Siyasətçi tərəfindən + VİDEO/FOTO
18.08.2026, 21:23 GÜNDƏM
-
AAYDA sədri özünə daha bir müşavir götürüb - Agentlikdə şöbə müdirinin müavini imiş...
18.08.2026, 19:52 CƏMİYYƏT
-
Müəllimlərin işə qəbulu müsabiqəsi: vakansiya seçiminin nəticələri açıqlandı
18.08.2026, 18:53 GÜNDƏM
-
"Qalatasaray" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub
18.08.2026, 18:25 İDMAN
-
AYDA-da daha bir təyinat olub
18.08.2026, 18:07 CƏMİYYƏT
-
TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."
18.08.2026, 17:59 GÜNDƏM
-
"Qırmızı Körpü" gömrük postunda 1030 avtomobil gözləyir
18.08.2026, 17:52 GÜNDƏM
-
Süleymancılar təriqəti ilə bağlı daha bir şok xəbər - Sabiq nazirin məzarı açılacaq
18.08.2026, 17:35 SİYASƏT
-
Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
18.08.2026, 17:32 PRESS
-
Mətbuat Şurasının üzvü "Beynəlxalq Media və Kommunikasiya Mükafatı"na layiq görülüb
18.08.2026, 17:17 PRESS
-
Azərbaycan və Gürcüstan sərhədində sıxlıq yaranıb
18.08.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.08.2026, 17:00 İQTİSADİYYAT
-
Deputatın oğlu istintaqa çağırıldı - iki ittiham var (FOTO)
18.08.2026, 16:45 SİYASƏT
-
Xalq artisti: "Klipin bütün zəhmətini Aysun çəkib"
18.08.2026, 16:29 ŞOU-BİZNES
-
Türkiyədə sərnişin mikroavtobusu dərəyə aşdı: 4 ölü, 10 yaralı var
18.08.2026, 16:26 KRİMİNAL
-
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18.08.2026, 16:09 KRİMİNAL
-
AFFA-da iki departament rəhbəri vəzifədən uzaqlaşdırıldı
18.08.2026, 15:45 İDMAN
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
18.08.2026, 15:21 GÜNDƏM
-
“İmişli”nin yeni transferində hepatit aşkarlandı
18.08.2026, 15:11 İDMAN
-
Rezidenturaya qəbulun nəticələri elan olundu
18.08.2026, 14:59 CƏMİYYƏT
-
Vəkil Elşad Məmmədov saxlanılıb - ŞİKAYƏT ƏSASINDA...
18.08.2026, 14:43 KRİMİNAL
-
Müşavir dindarları etiraza çağıran Fond rəhbərini hədələdi: "Sənin də suyun isindi, növbəni gözlə!"
18.08.2026, 14:27 SİYASƏT
-
Abdullah Gül sükutu pozdu
18.08.2026, 14:16 DÜNYA