Dənizkənarı Bulvar İdarəsinin sabiq rəisinin məhkəməsi... - Şahidlər ifadə verir
KRİMİNAL
Bugün, 12:19
Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin mənimsəmədə təqsirləndirilən sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində şahidlər ifadə verib.
Mia.az Report-a istiandla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hakim tərkibi dəyişdiyi üçün məhkəmə istintaqı yenilənib.
Lakin tərəflər prosesin qaldığı yerdən davam etməsinə etiraz etməyiblər. İclas qaldığı yerdən davam edib.
Prosesdə şahidlər ifadə veriblər. Şahid Aydın Alxasov təqsirləndirilən şəxsləri tanıdığını deyib:
"İstintaqda ifadə vermişəm. Dənizkənarı Bulvar İdarəsinə işə düzəlmişdim. İlqar müəllimlə tanışlığım var idi. Xahiş etmişdim, işə götürmüşdü. Velosiped təmirçisi işləyirdim, sonra işləyə bilmədim. İşlənmiş velosipedləri yeniləmək lazım idi, bunu edə bilmədim, ona görə çıxdım. Sonra qarajda mexanik işləməyə başladım. Maaş alırdım. Özümə VÖEN açdırmışdım. Maaşımın 600-700 manatını kartla, 300 manatı isə əldən alırdım".
Şahid suallara cavab verərkən deyib ki, qarajda işləyərkən maaş alıb, velosipedlərin yenilənməsinə kömək etdiyi üçün də sahibkar ona pul verib.
Şahidin ifadələri arasında ziddiyyət olduğu üçün ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Aydın Alxasov ibtidai istintaqı verdiyi ifadəsində söyləyib ki, iki nəfəri idarəyə gətirib, onlara VÖEN açmağı tələb edib ki, adlarına maaş yazılsın. O və digər iki nəfər formal işləyib və maaşı alaraq idarəyə təhvil veriblər.
Şahid məhkəmədə bildirib ki, sözügedən şəxslər əvvəldən də idarədə işləyib. Onun sözlərinə görə, qarajda işlədiyi müddətdə veloparka da nəzarət edib, əlavə iş kimi orada da işləyib. O deyib ki, işdən çıxandan sonra veloparkı yeni sahibkarlara təhvil verib. Onlara idarə ilə əlaqə saxlamalarını bildirib.
Prosesdə ifadə verən şahid Tohid Abbasov təqsirləndirilən şəxsləri tanıdığını söyləyib. O bildirib ki, bulvarda "popcorn" aparatlarını işlədib:
"Aparatları özüm almışdım. İcarəhaqqı vermirdim, pulu onlara verirdim. Maaş alırdım. İlqar Mustafayevə hər hansı bir pul verməmişəm. İlqar Mustafayevin vaxtında pulları yığıb idarədə Vüqar müəllimə vermişəm. VÖEN bibim nəvəsinin adına olub, onun VÖEN-i də Vüqar müəllimdə idi".
Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyət yaranıb. O həmin ifadəsində deyib ki, pulu təqsirləndirilən Rəşad Bədəlova verib.
Şahid bu ifadə ilə razılaşmayıb, deyib ki, oxumaqda çətinlik çəkir. İfadəni özü yazmayıb, şifahi şəkildə bildirib. Lakin hakim onun şahid andını oxuya bildiyini, oxumaqda çətinlik çəkmədiyini diqqətə çatdırıb.
Təqsirləndirilən İlqar Mustafayev deyib ki, şahidlə "popcorn" aparatlarının dəyişdirilməsi ilə bağlı söhbəti olub. İdarə rəisi kimi bütün aparatlar ona təhkim olunub.
İlqar Mustafayev şahidə hazırda pulları yığıb idarəyə təhvil verib-vermədiyini soruşub. Şahid cavabında artıq pulları yığıb idarəyə aparmadıqlarını və maaşlarını bankdan aldıqlarını deyib.
Prosesdə ifadə verən şahid Tural Mirzəyev təqsirləndirilən Fuad Babayevi tanıdığını deyib. O bildirib ki, bulvarda obyektlərdən icarəhaqlarını alaraq Fuad Babayevə təhvil verib. Təqsirləndirilən Fuad Babayev də onu tanıdığını söyləyib. F.Babayev deyib ki, 2018-ci ildən 2019-cu ilin sentyabrına qədər kassir işləyib. Kassir işləmədiyi müddətdə icarəhaqlarını qəbul etməyib.
Şahid Tural Mirzəyev pulun Fuad Babayevə verilməsini müdiriyyətin tapşırdığını deyib.
T.Mirzəyev 2020-ci ildən sonra bulvar idarəsinə pul vermədiyini söyləyib. İfadəsinin müdiri İsrafil Bascılın təkidi ilə yazıldığını deyib və müstəntiqin onların hər ikisini də eyni vaxtda dindirdiyini bildirib.
Təqsirləndirilən Fuad Babayev deyib ki, o, Tural Mirzəyevdən pulları alıb, lakin oları bulvar idarəsinə təhvil verib.
Növbəti proses iyulun 10-na təyin edilib.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İ.Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mərkəz rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxıldı - Məhkəmə iclası
Bugün, 13:13 KRİMİNAL
-
CHP-nin alınmaz qalası çökür – Şəhərin bələdiyyə sədri Ərdoğanın bayrağı altına keçir
Bugün, 13:01 SİYASƏT
-
NATO-nun baş katibi: "Yuxumu qaçıran əsas ölkə Rusiyadır" - "Daha güclü Avropa daha güclü NATO deməkdir"
Bugün, 12:52 GÜNDƏM
-
İdrak" liseyində müəllimin güllələnməsi... - Məhkəmə başladı
Bugün, 12:48 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:25 CƏMİYYƏT
-
Dənizkənarı Bulvar İdarəsinin sabiq rəisinin məhkəməsi... - Şahidlər ifadə verir
Bugün, 12:19 KRİMİNAL
-
Azərbaycanın Türkiyədəki səfirliyində müşavir təynatı oldu
Bugün, 12:10 GÜNDƏM
-
“BakıKart”ın qiyməti 3 manat oldu
Bugün, 12:07 İQTİSADİYYAT
-
AYNA lisensiyalara 200 min xərcləyəcək
Bugün, 11:55 İQTİSADİYYAT
-
Şahdağa qar yağır - Faktiki hava
Bugün, 11:38 GÜNDƏM
-
UKRAYNA TAKTİKANI DƏYİŞİB - Rusiyanın logistika mərkəzləri sıradan çıxarılır, yeni antidron silahı da işə salındı
Bugün, 11:38 GÜNDƏM
-
Uşaqlar səhnədə möcüzə yaratdı: “Nağılçı” səfirləri heyran qoydu (FOTOLAR)
Bugün, 11:31 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Somali liderini təbrik edib
Bugün, 11:21 GÜNDƏM
-
Hafiz Paşayev Emin Əmrullayevə tələbələrin qarşısında belə dedi: "Hərdən başa düşmürəm nə deyirsiniz” - VİDEO
Bugün, 11:15 CƏMİYYƏT
-
Qanunsuz qumar oyunları təşkil edənlər yenidən hakim qarşısına çıxarılır
Bugün, 11:05 KRİMİNAL
-
İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvlərini topladı: nələr müzakirə olunub?
Bugün, 10:59 CƏMİYYƏT
-
Tovuzda 32 yaşlı kişi öldürülüb
Bugün, 10:45 KRİMİNAL
-
“Beşiktaş” “Arsenal”la anlaşdı - Futbolçu ilə danışıqlar gedir
Bugün, 10:28 İDMAN
-
İsraildə orduya bağlı böhran – Büdcəni artırmaq tələbi nazir tərəfindən rədd olundu
Bugün, 10:23 DÜNYA
-
Yunanıstanda meşə yanğın: iki nəfərin meyiti tapılıb
Bugün, 10:18 DÜNYA
-
Leyla Əliyeva Anar Ələkbərovla birgə Şəkidə - FOTOLAR (YENİLƏNİB)
Bugün, 10:01 GÜNDƏM
-
Oxu.az xəbər saytının 13 yaşı tamam olur
Bugün, 09:58 PRESS
-
Azərbaycan nefti qiyməti cüzi ucuzlaşdı
Bugün, 09:52 İQTİSADİYYAT
-
İsrail ordusu Livanın cənubunda geri çəkilməyi dayandırıb
Bugün, 09:28 DÜNYA
-
Azərbaycanda qadın və kişilər arasında pensiya yaşı bərabərləşdi
Bugün, 09:12 İQTİSADİYYAT
-
DÇ-2026: Meksika yığması Ekvadoru məğlub edib
Bugün, 09:08 İDMAN
-
DÇ-2026: Fransa İsveçi 3 qolla "yıxdı"
Bugün, 09:02 İDMAN
-
Məşhur aparıcı telekanaldan ayrıldı
Bugün, 00:24 PRESS
-
“Fənərbağça”nın prezidentinin evində gənc qadın ölüb
Bugün, 00:12 DÜNYA
-
Sabiq spiker Ərdoğandan sonrakı dönəm üçün elə iddia irəli sürdü ki… - “O, qalxıb deyə bilməz ki, qardaşım…”
Bugün, 00:05 SİYASƏT
-
Xanımı İbrahim Borçalıdan üzr istədi: "Onu əlimdən buraxdığım üçün..."
Bugün, 00:01 ŞOU-BİZNES
-
Türkiyənin daha iki şəhərində kütləvi tədbirlərə qadağa qoyulub - NATO sammitinə görə
30.06.2026, 23:14 DÜNYA
-
DÇ-2026: Norveç yığması növbəti mərhələyə yüksəldi
30.06.2026, 22:58 İDMAN
-
Türkiyə F-16-ları Afrika ölkəsində əməliyyatda – Minlərlə km uzaqlıqda terror yuvaları vuruldu
30.06.2026, 21:17 GÜNDƏM