Fərid Rzabəyli Baş direktor təyin olundu

Fərid Rzabəyli Baş direktor təyin olundu

İQTİSADİYYAT

Bugün, 12:05

“Q-STP” MMC-də yeni kadr təyinatı olub.

Bu barədə Şirkətdən Mia.az-a verilən məlumata əsasən, şirkətin Baş direktoru vəzifəsinə Fərid Fərhad oğlu Rzabəyli  təyin edilib.

Fərid Rzabəyli bu təyinata qədər “Sumqayıt Tekstil” MMC-də direktor vəzifəsini icra edib. Bakı Dövlət Universitetinin məzunu olan Fərid Rzabəyli əmək fəaliyyəti dövründə PAŞA Bank, STP Şirkətlər Qrupu və STP-BTECH kimi nüfuzlu müəssisələrdə müxtəlif rəhbər və idarəetmə istiqamətli vəzifələrdə çalışıb.
Peşəkar fəaliyyəti ərzində korporativ idarəetmə, biznes proseslərinin optimallaşdırılması və strateji inkişaf sahələrində zəngin təcrübə qazanan Fərid Rzabəyli rəhbərlik etdiyi kollektivlərdə səmərəli idarəetmə prinsiplərinin tətbiqi, davamlı inkişafın təmin olunması və yüksək nəticəyönümlü fəaliyyət modeli ilə seçilib.
“Q-STP” MMC Azərbaycanda tekstil sənayesində fəaliyyət göstərən və güc strukturları, dövlət qurumları, sənaye müəssisələri, eləcə də korporativ müştərilər üçün yüksək keyfiyyətli xüsusi təyinatlı geyimlər, iş geyimləri, fərdi mühafizə vasitələri və digər tekstil məhsullarının istehsalı və təchizatı sahəsində ixtisaslaşmış şirkətdir.
 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR