Zelenski Rusiyanın son hücumu haqda: 8 nəfər ölüb, 35 nəfər yaralanıb

Zelenski Rusiyanın son hücumu haqda: 8 nəfər ölüb, 35 nəfər yaralanıb  

DÜNYA

Bugün, 17:20

Rusiya ordusu Ukraynanın Dnepr və Zaporojye şəhərlərinə ağır hava və raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski son məlumatı verib.

Onun sözlərinə görə, Dnepr və Zaporojye şəhərlərinə hücumda 8 mülki şəxs həyatla vidalaşıb, 35 nəfər isə yaralanıb.

Zelenski Rusiyanın Zaporojye şəhərində mülki şəxslərin olduğu mikroavtobusun dronla vurulmasını da açıqlayıb: “Nəticədə mikroavtobusda olan 3 nəfər hadisə yerində ölüb, 6 nəfər isə ağır yaralanıblar”.

Ukrayna lideri Rusiyanın Sumı, Xarkov, Çerniqov, Odessa və Xerson bölgələrinə hücumlar başlatdığını bəyan edib: "Rusiya terroruna qarşı mübarizə aparmaq çox vacibdir…".

E.ARAZ

MİA.Az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR