“Azəriqaz”ın qadın əməkdaşı həbs edildi

“Azəriqaz”ın qadın əməkdaşı həbs edildi

KRİMİNAL

Bugün, 16:27

“Azəriqaz”ın əməkdaşı Kəmalə Fazilova cinayət məsuliyyətinə cəlb olunub.

Mia.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham edilib.
Məlum olub ki, Kəmalə Fazilova “Azəriqaz”ın qəza-çağrı xidmətində dispetçer vəzifəsində işləyən zaman ona etibar edən şəxslərə iş yoldaşının qohumunun TƏBİB-də yüksək vəzifəyə təyinat aldığını, İsmayıllıda fəaliyyət göstərəcək vərəm eleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobilinin veriləcəyini, bunun üçün 16 nəfər sürücüyə ehtiyac olduğunu bildirib.
O, sürücü kimi işə düzəlmək istəyən 4 nəfərin hər birindən 2000 min manat alaraq onları aldadıb, ümumilikdə 8000 manat vəsaiti öz ehtiyaclarına xərcləyib.
Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin  178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinən Kəmalə Fazilova 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR