"Kristal"ın binalarında “kupça” üçün 500 manat alınır
CƏMİYYƏT
Bugün, 14:55
Azərbaycanda illərdir həllini tapmayan çoxmərtəbəli binalardakı "kupça" (çıxarış) problemi indi də tikinti şirkətlərinin əlində vətəndaşları açıq şəkildə istismar etmək üçün alətə çevrilib.
Mia.az AFN.az-a istinadla xəbər verir ki, ölkənin ən böyük tikinti şirkətlərindən olan "Kristal" ətrafında növbəti sənəd qalmaqalı yaşanır. Şirkətin tikdiyi binalarda mənzil sahibi olan sakinlər çıxarış almaq üçün rəsmi rüsumdan dəfələrlə çox pul tələb olunmasından şikayətçidirlər. Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, şirkət mənzillərin tam ödənişini etmiş və binanın dövlət qeydiyyatı tamamlanmış sakinlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışın (kupçanın) verilməsi üçün 500 manat nağd pul tələb edir. Tikinti şirkəti bu məbləğin sənədləşmə xərcləri üçün nəzərdə tutulduğunu iddia etsə də, rəsmi rəqəmlər tamamilə fərqli mənzərəni ortaya qoyur. Tarif Şurasının və daşınmaz əmlakın qeydiyyatı haqqında qanunvericiliyin tələblərinə əsasən, yeni tikililərdə mənzilə ilkin kupçanın verilməsi üçün dövlət rüsumu sabit olaraq 50 manatdır. Mənzilin sahəsinə (kvadratmetrinə) və texniki pasportun hazırlanmasına görə tutulan xidmət haqqı da daxil olmaqla, 60–100 kv.m-lik orta statistik bir mənzilin rəsmi sənədləşmə xərci standart müddətdə (15 iş günü) maksimum 100–150 manat arasında dəyişir. Hətta sənədin 3 gün ərzində, sürətli qaydada çıxarılması üçün ödənilən təcili xidmət haqqı belə bu məbləği 200–250 manatdan yuxarı qaldırmır. Bu isə o deməkdir ki, "Kristal" tikinti şirkəti hər sakindən rəsmi dövlət rüsumundan ən azı 2 dəfə artıq pul tələb edir. Hüquqi baxımdan, tikinti şirkəti sakinə mənzilin tam ödənişinin edildiyinə dair maliyyə arayışı və müqaviləni təqdim etdikdən sonra onun öhdəliyi başa çatmış hesab olunur (əgər daxili müqavilədə əlavə xidmət bəndi yoxdursa). Vətəndaş həmin sənədlərlə birbaşa ASAN Xidmət mərkəzlərinə müraciət edərək dövlət rüsumunu şəxsən ödəməli və kupçasını almalıdır. Şirkətin prosesi öz üzərinə götürərək sakinlərdən 500 manat kimi astronomik məbləğ tələb etməsi qanunvericiliyin kobud şəkildə pozulması və vətəndaşın seçmək hüququnun əlindən alınmasıdır. Ödənişlərin hansı əsasla və hansı hüquqi sənədlə (kassa mədaxil orderi yoxsa sadə qəbz ilə) yığılması isə ciddi maliyyə sualları doğurur. Binalarda yüzlərlə, bəzən minlərlə mənzilin olduğunu nəzərə alsaq, hər mənzildən qanunsuz olaraq artıq alınan 350-400 manat yekunda milyonlarla manatlıq böyük bir qara dövriyyənin yaranmasına səbəb olur. Sakinlər bildirirlər ki, şirkət rəhbərliyi bu məbləği ödəməyənlərə sənədləşmə prosesində süni maneələr yaradır, maliyyə arayışlarının verilməsini gecikdirir. Yazıda adıçəkilən "Kristal" tikinti şirkətinə ünvanlanan suallar cavabsız qalıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"İmişli” klubu baş məqşçi və köməkçiləri ilə vidalaşdı
Bugün, 17:41 İDMAN
-
Nərimanovda bu obyektlər sökülür - FOTOLAR
Bugün, 17:28 CƏMİYYƏT
-
Zelenski Rusiyanın son hücumu haqda: 8 nəfər ölüb, 35 nəfər yaralanıb
Bugün, 17:20 DÜNYA
-
Almaniyada silahlı atışma: 5 nəfər öldürülüb, 2 nəfər saxlanılıb
Bugün, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ərdoğanı təhqir edən erməni bloger təslim oldu (YENİLƏNİB)
Bugün, 16:54 PRESS
-
Səadət Yusifova: "Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır"
Bugün, 16:43 MƏDƏNİYYƏT
-
Məktəblərdə mobil telefonlardan istifadə qadağan olundu - Nazir əmr imzaladı + YENİ QAYDALAR
Bugün, 16:31 GÜNDƏM
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:30 GÜNDƏM
-
“Azəriqaz”ın qadın əməkdaşı həbs edildi
Bugün, 16:27 KRİMİNAL
-
Səbinə Mehdiyeva Bakı Musiqi Kollecinin direktoru təyin edilib
Bugün, 16:17 CƏMİYYƏT
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı: Aqil Ələsgər İdarə Heyətinə seçildi - FOTOLAR
Bugün, 16:17 PRESS
-
Türk sənətçi efirdə uşağını əmizdirdi: “Bir saat belə onu tək qoymaram”
Bugün, 16:06 ŞOU-BİZNES
-
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bugün, 15:51 SİYASƏT
-
Bu şəxslər təltif olundu - SİYAHI
Bugün, 15:38 GÜNDƏM
-
Aktyor Deniz Göktaşa cinayət işi açıldı
Bugün, 15:30 MƏDƏNİYYƏT
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı - Dəyişiklik təsdiqləndi
Bugün, 15:21 GÜNDƏM
-
Xüsusi icra məmurları vergi yoxlamalarına cəlb olunacaq - Mikayıl Cabbarov qərar imzalayıb
Bugün, 15:15 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir ölkəylə vizanı ləğv etdi
Bugün, 15:00 GÜNDƏM
-
"Kristal"ın binalarında “kupça” üçün 500 manat alınır
Bugün, 14:55 CƏMİYYƏT
-
Baklkıda blogerlər restoranda saçyolduya çıxdılar - VİDEO
Bugün, 14:44 PRESS
-
Baş prokuror Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşdü - Müzakirə + FOTOLAR
Bugün, 14:41 SİYASƏT
-
Bakıda daha bir nəfər dənizdə batıb
Bugün, 14:22 CƏMİYYƏT
-
DÇ-2026-da inanılmaz olay: “Nazirəm” deyib gizlicə stadiona girdilər və… - FOTOLAR
Bugün, 14:05 İDMAN
-
Bu gün geomaqnit qasırğası gözlənilir
Bugün, 13:49 GÜNDƏM
-
Nazir Pərviz Şahbazova ağır itki üz verib
Bugün, 13:22 CƏMİYYƏT
-
Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişdi - Ekspert yüksək vəzifəyə gətirildi
Bugün, 13:17 CƏMİYYƏT
-
Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb - ÇIXIŞ + FOTOLAR (YENLƏNİB)/
Bugün, 13:02 GÜNDƏM
-
Ərdoğan Bakıya məktub göndərdi: "Azərbaycan bu gün də türk dövlətlərinin…”
Bugün, 12:42 SİYASƏT
-
Xəstəxana: "Nəriman Həsənzadənin vəziyyəti ağırdır"
Bugün, 12:37 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı - Açıqlama + VİDEO
Bugün, 12:24 CƏMİYYƏT
-
Nazir: "Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə həmişə ehtiramla yanaşıb"
Bugün, 12:13 MƏDƏNİYYƏT
-
Bir ay əvvəl "Azal"dan bilet alır, lakin... - Hava limanında aldığı cavabdan şoka düşən sərnişin kompensasiya gözləyir, bəs şirkət nə deyir?
Bugün, 12:01 CƏMİYYƏT