Fransada “Ebola” qorxusu – 5 nəfər karantinə alındı  

Fransada “Ebola” qorxusu – 5 nəfər karantinə alındı  

DÜNYA

Bugün, 13:09

Fransada Ebola virusuna yoxuxan adı açıqlanmayan hkimlə təmasda olan daha 5 nəfər karantinə alınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist açıqlama verib.

Nazir bildirib ki, hazırsda onlar ciddi həkim nəzarəti altındadırlar.

“France 2” kanalına müsahibəsində nazir deyib ki, ilk yoluxan həkim srağagün Konqo Demokratik Respublikasında humanitar yardım missiyasında olub: “O, ölkəyə dönərkən virus aşkarlanıb və karantinə götürülüb. O, xəstəliyin erkən mərhələsindədir və təyyarəyə minərkən heç bir simptom hiss etməyib.Əmin ola bilərsiniz ki, virus yoluxucu deyil. Sadəcə, onunla təmasda olan 5 nəfər ehtiyat tədbir olaraq, nəzarətə götürülüb”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR