Almaniya kansleri: “5 Avropa ölkəsi olaraq 5 mühüm mesaj verdik"

Almaniya kansleri: “5 Avropa ölkəsi olaraq 5 mühüm mesaj verdik\"  

GÜNDƏM

Bugün, 00:37

“Ankarada keçiriləcək NATO Zirvə Toplantısına iki həftə qaldı. Bu vacib zirvə toplantısını birlikdə uğurlu etmək istəyirik. Bu, təhlükəli bir dövrdə təhlükəsizliyimizə xidmət edir, transatlantik münasibətlərimizi gücləndirir və bizi avropalılar olaraq bir araya gətirir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşadan ibarət E5 ölkələrinin liderlərinin Berlində keçirilən sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

Merz Berlində NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən də söz açaraq deyib ki, Fransa, Böyük Britaniya, İtaliya və Polşa liderlərini Ankarada keçiriləcək zirvə toplantısı üçün Berlinə dəvət edib: “Cənab Rutte ABŞ Prezidenti Donald Trampla da görüşəcək. Daha sonra şəxsən özüm Prezident Tramp və Prezident Rəcəb Tayyib Ərdoğana və digər tərəfdaşlara verəcəyəm. Biz Avro-Atlantik bölgəsində təhlükəsizliyi güclü və birlikdə qoruyan NATO-nu dəstəkləyirik".

Merz bildirib ki, bu sammitlə beş ən böyük Avropa ölkəsi olaraq beş mesaj çatdırıblar:

"Birincisi, biz bütün müttəfiqlərin maraqları naminə Avro-Atlantik bölgəsində təhlükəsizliyi güclü və birlikdə qoruyan NATO-nu dəstəkləyirik.

İkincisi, Alyansı yeniləmək istəklərimizi ifadə etdik. NATO-nun Avropada gücü artırılacaq, xərclər üçün əlavə vəsait yönlədiləcək.

Üçüncüsü, bu yolu birlikdə gedəcəyik. Biz almanlar üçün bu, tariximizdən, coğrafiyamızdan və konstitusiyamızdan irəli gəlir. Almaniya gücləndikcə qonşularımız özünü daha təhlükəsiz hiss etməlidirlər.

Dördüncüsü, Ankarada Ukraynaya güclü dəstək mesajı verdik. Rusiyaya mesaj budur ki, Ukrayna güclü qalacaq və Avropa dəstəyi azalmayacaq.

Beşinci mesaj olaraq ABŞ və İran arasında əldə edilən razılaşmadan məmnunluğumuzu ifadə etdik. Ön şərtlər yerinə yetirildikdə, biz də öz töhfəmizi verəcəyik"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR