Keçmiş “Azərsu”yun təşkilati forması yenə dəyişdi: yeni sədr kim olacaq?
CƏMİYYƏT
23.06.2026, 10:18
Bir neçə gün əvvəl Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lərin nizamnamələrini təsdiqləyib.
Mia.az xəbər verir ki, Qərara əsasən, "Regional Su Meliorasiya" Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin üquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.
Cəmiyyət meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin rayon və şəhərlərdə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini (bundan sonra – müvafiq sahə) həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir.
Qərardan göründüyü kimi, iri şəhərlər istisna olmaqla, bütün rayon və şəhərlərdə təşkilatı hüquqi forma dəyişəcək. Bu, həm də o deməkdir ki, köhnə qurumlara indiyədək rəhbərlik edənlər faktiki və rəsmi olaraq vəzifələrini itiriblər.
Bu barədə Mia.az-a verilən məlumata görə,"Regional Su Meliorasiya" ASC ilə bağlı əvvəlki rəhbərliyin vəzifədə qalması şübhə doğurmasa da, "İri Şəhərlərin Su Təchizatı"nın sədr əvəzi, vaxtilə Kürdəmirin su təsərrüfatından birbaşa sədr postuna gətirilən Tahir Xəlilov haqqında isə eyni sözü demək mümkün deyil.
İddialara görə, "İri Şəhərlərin Su Təchizatı" QSC-nin başına Agentliyin aparat rəhbəri Fuad quliyevin yaxın dostu olan qurumun Tikinti idarəsinin rəisi Orxan İmanlını gətirilmə ehtiamlı yüksəkdir. Hətta bu səbəbdən İmanlı ilə Xəlilov arasında münasibətlər bir neçə ay əvvəl korlanıb….
Məlumatlı şəxs deyir ki, bu QSC-yə çevrilmə prosesi iri şəhərlərdən “gen” saxlanılsa da, Bakı Sukanal İdarəsinin rəisi Rauf Osmanov, Gəncə şəhər Sukanal idarəsinin rəisi Şöhrəddin Verdiyev, Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev, Şirvan şəhər Sukanal idarəsinin rəisi Fərhad Hüseynov, Mingəçevir Sukanal İdarəsinin rəisi Elmar Əhmədov və Naxçıvan Sukanal İdarəsinin rəisi Samir Baxşəliyevlə bağlı da ortaya suallar çıxarıb: “Unutmayaq ki, bunların çoxu bugünki susuzluq və qeyri-peşəkar idarəçilikdə mühüm rol oynayan rəhbər şəxslər sayılırlar. Adıçəkilənlərdən bir-ikisi istisna olmaqla, qalanları öz bacarıqsız və səriştəsiz qohumlarını – qayın, oğul, yeznə, dayıoğluiu, bibioğlu, bacanacaqlarına qədər bu sistemə “dürtüblər”, yaxud “dürtülmələri”nə göz yumublar”.
Hüseyn Namazov
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
Bugün, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
Bugün, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
Bugün, 13:08 SİYASƏT
-
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir
Bugün, 13:02 SİYASƏT
-
Magistratura və doktoranturanı bitirərən hərbçilər... - Yeni qanun
Bugün, 12:51 GÜNDƏM
-
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
Bugün, 12:48 İQTİSADİYYAT
-
"Trabzonspor"un qapıçısı qəzaya düşüb
Bugün, 12:47 İDMAN
-
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - FOTOLAR
Bugün, 12:41 GÜNDƏM
-
Bələdiyyə sədri 30 məclis üzvüylə birgə istefa verdi
Bugün, 12:41 DÜNYA
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb və...
Bugün, 12:26 GÜNDƏM
-
PREZİDENT FƏRHAD XƏİLOVU "İSTİQLAL"LA TƏLTİF ETDİ - Sərəncam
Bugün, 12:24 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:18 CƏMİYYƏT
-
Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: "5 milyonu geri gətir, yoxsa..."
Bugün, 12:15 SİYASƏT
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var
Bugün, 12:03 DÜNYA
-
Xocavənd və Ağdərəyə növbəti köç olub
Bugün, 12:01 GÜNDƏM
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR
Bugün, 11:52 SİYASƏT
-
Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"
Bugün, 11:47 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti qalxdı
Bugün, 11:25 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Hindistan XİN başçısını belə qarşıladı - FOTOLAR
Bugün, 11:15 SİYASƏT
-
Bələdiyyə sədri icra başçısının müavini təyin olunub
Bugün, 11:15 CƏMİYYƏT
-
Hindistanın xarici işlər naziri Bakıda - İlham Əliyev qəbul etdi + FOTO
Bugün, 11:02 GÜNDƏM
-
Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb
Bugün, 10:55 PRESS
-
ABŞ Ukraynada peyk interneti niyə söndürdü? - "Mən Maska zəng etməmişəm, vacib olan odur ki.."
Bugün, 10:44 GÜNDƏM
-
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsi barədə sualdan yayındı
Bugün, 10:37 GÜNDƏM
-
Tramp: "Bəlkə bir az da irəli gedə bilərik"
Bugün, 10:30 DÜNYA
-
"Azəriqaz", "Azərişıq"... - "Qohumbazlıq, tanışlıq yolu ilə işə qəbul edirlər, naşı adamlar idarəetməyə gətirilir, nəticə də budur"
Bugün, 10:28 CƏMİYYƏT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS QANDALLANDI
Bugün, 10:13 GÜNDƏM
-
Məhəmməd Salahı kim durduracaq?
Bugün, 10:01 İDMAN
-
İcra başçılarının üzərinə böyük yük düşəcək - Gələn ildən büdcədən pul ala bilməyəcəklər
Bugün, 09:11 İQTİSADİYYAT
-
Avropa Liqası: "Beşiktaş", "Yuventus", "Seltik"...
Bugün, 09:08 İDMAN
-
"Trabzonspor" Tomas Reisin rəhbərliyi altında məğlubiyyətsizlik seriyasını davam etdirir
Bugün, 00:04 İDMAN
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT