Biləsuvarda aqrar sahədə yeni Dövlət Proqramı ilə bağlı regional müşavirə keçirilib - Nələr müzakirə olunub?
İQTİSADİYYAT
22.06.2026, 13:04
Bu gün Biləsuvar rayonunda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Şirvan-Salyan iqtisadi rayonu üzrə növbəti regional müşavirə keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, müşavirə mayın 25-də dövlət başçısının sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov son illər dövlət başçısının birbaşa rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və əldə edilmiş nəticələr barədə danışıb, bildirib ki, keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin daha da artırılması yeni yanaşmaların tətbiqini zəruri edir. O, qeyd edib ki, bu məqsədlə qəbul edilmiş 2026–2030-cu illər üçün Dövlət Proqramı kənd təsərrüfatının yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd kimi çıxış edir. Proqram aqrar sahədə intensiv istehsal modelinə keçidin sürətləndirilməsini, emal və ixrac imkanlarının genişləndirilməsini, eləcə də ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini nəzərdə tutur.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, Dövlət Proqramı regionlarda istehsal infrastrukturunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. O qeyd edib ki, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaq konsolidasiyası və rəqəmsal idarəetmə həllərinin tətbiqi məhsuldarlığın artırılmasına töhfə verəcək. Salyan rayonunun torpaq konsolidasiyası üzrə pilot ərazi kimi seçildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, saxlama, emal və logistika infrastrukturunun inkişafı aqrar sektorda dayanıqlı inkişafı və fermer gəlirlərinin artımını dəstəkləyəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Şirvan-Salyan iqtisadi rayonunun aqrar və akvakultura potensialının reallaşdırılmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması, yeni suvarma kanallarının çəkilməsi və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Bildirilib ki, proqram çərçivəsində rəqəmsal monitorinq, dəqiq su uçotu və fermerlərin maarifləndirilməsi prioritet istiqamətlərdən olacaq.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun aqrar sahədə mövcud vəziyyəti barədə məlumat verib. O bildirib ki, Biləsuvar pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində ölkənin aparıcı rayonlarından biridir. Aqroparkların fəaliyyəti və müasir suvarma sistemlərinin tətbiqinin istehsalın səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyini qeyd edən rayon rəhbəri əlavə edib ki, Dövlət Proqramı mövcud potensialın daha səmərəli reallaşdırılmasına və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Müşavirədə Biləsuvar, Hacıqabul və Neftçala rayonlarından olan fermerlər və sahibkarlar təsərrüfatlarının mövcud vəziyyəti və ümumi inkişaf istiqamətləri barədə məlumat veriblər. Onlar kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir etdiyini qeyd ediblər.
Müşavirənin yekununda X.Əhədov Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunmasında mərkəzi və yerli icra orqanlarının əlaqələndirilmiş fəaliyyətinin, eləcə də özəl sektorun fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, Dövlət Proqramı regionlarda kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və emal imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edib
17.10.2026, 16:10 GÜNDƏM
-
Sabah küləkli hava olacaq
17.10.2026, 15:01 GÜNDƏM
-
YAP Gənclər Birliyinin sədri də dəyişdi - Yeni sədr və müavinləri seçildi
17.10.2026, 10:52 SİYASƏT
-
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
17.10.2026, 10:00 CƏMİYYƏT
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO
17.10.2026, 09:45 CƏMİYYƏT
-
Prezident İlham Əliyev: "Bizim öz yolumuz var" - VİDEO
17.10.2026, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17.10.2026, 00:00 CƏMİYYƏT
-
TRAMPDAN VAHİMƏLİ XƏBƏRDARLIQ: "İrana mini nüvə bombası ata bilərik" - "MOAB"ın üstünlükləri nədir?
16.10.2026, 23:11 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
16.10.2026, 23:11 SİYASƏT
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
16.10.2026, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
16.10.2026, 19:00 DÜNYA
-
Zelenski Aİ-dən 70 milyard avro istəyir: "Əks halda Putini dayandırmaq mümkün olmayacaq"
16.10.2026, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
16.10.2026, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
16.10.2026, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
16.10.2026, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
16.10.2026, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
16.10.2026, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
16.10.2026, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
16.10.2026, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
16.10.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
16.10.2026, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
16.10.2026, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
16.10.2026, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
16.10.2026, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
16.10.2026, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
16.10.2026, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
16.10.2026, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
16.10.2026, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
16.10.2026, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
16.10.2026, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
16.10.2026, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
16.10.2026, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
16.10.2026, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
16.10.2026, 13:25 DÜNYA