Baş nazir “yalvardı” deyən Trampa çox sərt cavab verdi: “Mən və İtaliya heç vaxt yalvarmaz” – XİN başçısı səfəri ləğv etdi  

Baş nazir “yalvardı” deyən Trampa çox sərt cavab verdi: “Mən və İtaliya heç vaxt yalvarmaz” – XİN başçısı səfəri ləğv etdi  

GÜNDƏM

Bugün, 17:37

ABŞ prezidenti Donald Trampın Fransada keçirilən G7 sammiti zamanı İtaliyanın baş naziri barədə "O, məndən onunla şəkil çəkdirməyimi xahiş etdi, mənim də ona yazığım gəldi, razılaşdım", - sözü rəsmi Roma tərəfindən qəzəblə qarşılanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp İtaliyanın La7 kanalına telefonla verdiyi müsahibəsində İtaliyanın baş naziri haqqında gözlənilməz ifadələr işlədib.

Tramp müsahibəsində deyib: "Baş naziriniz necədir? Mənimlə görüşmək barədə nə dedi? Yəqin ki, onunla danışdığım üçün xoşbəxtdir. Əsliində, məcbur deyildim. Mənimlə şəkil çəkdirmək üçün yalvardı. Ona yazığım gəldi...".

ABŞ prezidentinin bu açıqlamasına isə İtaliyanın Baş naziri Meloninin cavabı özünü çox gözlətməyib.

O, Trampa cavabda deyib: "Bəzi şeylərə təcili reaksiya tələb olunur. Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Açığı, mən onun bu sözlərinə çox təəccübləndim. ABŞ prezidentinin müttəfiqlərinə niyə belə davrandığını bilmirəm. Düzdür, bu cür davranış ilk dəfə deyil. Əslində, onun Qərbin düşmənlərinə qarşı eyni qətiyyəti göstərməməsi kədərlidir. Bunu hər kəs yadda saxlamalıdır: mən və İtaliya heç vaxt yalvarmaz!”

Trampın bu açıqlamasına İtaliyann XİN başçısı Antonio Tajani də sərt reaksiya verib.

O,  ABŞ-a səfərini belə ləğv etdiyini bəyan edib: "Prezident Trampın Baş nazir Meloniyə qarşı aqressiv sözləri bütün İtaliyanı incitdi. Buna görə də 21 -22 iyun tarixlərində ABŞ-a planlaşdırdığım səfərimi ləğv etmək qərarına gəldim".

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR