DÇ-2026: Türkiyə yığması Paraqvay matçına hazırlığı yekunlaşdırıb

DÇ-2026: Türkiyə yığması Paraqvay matçına hazırlığı yekunlaşdırıb  

İDMAN

Bugün, 09:27

DÇ-2026-da iyun un 20-si, saat 07.00-da Paraqvay millisi ilə ikinci mühüm qarşılaşmaya çıxacaq Türkiyə yığması hazırlığını yekunlaşdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Vinçenzo Montellanın rəhbərliyi altında San Jose Parkda keçirilən son məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Məlumatda deyilir ki, son məşqi Gənclər və İdman naziri Osman Aşkın Bak ilə  Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu ilə birlikdə izləyib.

Məlumat üçün qeyd edək ki, məşqdən əvvəl jurnalistlər italyan məşqçinin 52-ci doğum günü münasibətiylə tort kəsərək onu təbrik ediblər.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR