İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı...

İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı...

İDMAN

Bugün, 18:59

UEFA Konfrans Liqasında iştirak etməyəcəyi dəqiqləşən “Turan Tovuz”un Türkiyədə bir ay nəzərdə tutulan təlim-məşq toplanışı cəmi 4 gün çəkib. Tovuz təmsilçisi Ankaranı tərk edərək artıq vətənə qayıdıb. Bu isə komandanın maddi olaraq əlavə ziyana düşməsi deməkdir. Təxmini hesablamalara görə, klubun 14 iyuladək Qızılcahamam bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışını yarımçıq başa vurması komandanın azı 100 min manat ziyana düşməsi ilə nəticələnib. Bu isə növbəti dəfə “Turan Tovuz”un bu işə məsul olan idarəçilərinin futbol sahəsindən biliyinin biabırçı səviyyədə olduğunu göstərdi. Normalda avrokuboklarda iştirak etməyən klublar təlim-məşq toplanışa iyunun axırı, iyulun əvvəli başlayır. Belə olan halda düzgün planlaşdırılma aparılır, xərclər də ona uyğun sərf olunur. “Turan Tovuz”un cüzi də olsa da, avrokuboklarda iştirakına ümidi var idisə, təlim-məşq toplanışında iştirak etməklə bağlı qərar CAS-ın yekun cavabından sonra verilsəydi, daha doğru olardı. Hər halda “Turan Tovuz”un Ankarada qaldığı hoteli vaxtından əvvəl tərk etməsi də, rezervasiya üçün edilən pulların geri qaytarılmayacağı anlamına gəlir. Bundan başqa, hesaba Azərbaycana qayıtmaq üçün təcili alınan baha qiymətə olan təyyarə biletlərini də qatmaq lazımdır. Eyni zamanda uzaq ölkələrdən gələn legionerlər üçün alınan bilet pulları da komandanı ikiqat ziyana salıb. Maddi tərəfi bir yana, ilboyu mövsümün sonunu gözləyən futbolçuların istirahətini də yarıda saxlaması onların psixologiyasına mənfi təsir göstərir ki, bu da onların meydandakı çıxışından yan keçmir. Bir sözlə, klub idarəçilərin səriştəsizliyi sayəsində, azı iki futbolçunun illik maaşına bərabər olan məbləğ Ehtiram Quliyevin cibindən çölə atıldı... Hər halda komandanın bir ay nəzərdə tutulan təlim-məşq toplanışının cəmi 4 gün çəkməsi, heç bir yoxlama görüşü keçirlmədən vətənə qayıtmağı verilən qərarın doğru olmadığını bir daha göstərdi. Klub acıqla, göstərişlə, troll ordusu yaratmaqla yox, düzgün strategiya ilə idarə olunur. Son günlərdə baş verənlər, rəhbərin komandanın avrokuboklardan uzaqlaşdırlması ilə bağlı məktubdan zamanında xəbərdar olmaması göstərdi ki, Ehtiram Quliyevi hər dəfəsində aldatmağı bacarırlar. Mais Mənsimovun Mübariz Mənsimovu, Zeynal Məmmədovun Hafiz Məmmədovu aldatdığı kimi... Hər ikisinin də, klubların da aqibəti bəllidir.. Emin Səfərov,

Xitab24

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR