DÇ-2026: İngiltərə 6 qollu dueldə qazandı

DÇ-2026: İngiltərə 6 qollu dueldə qazandı

İDMAN

Bugün, 09:08

Ötən gecə DÇ-2026-da turnuririn indiyədək ən maraqlı oyunu baş tutub.

Mia.az xəbər verir ki, L Qrupunun ilk həftə matçında İngiltərə Xorvatiya ilə qarşılaşıb və matç ingilislərin üstünlüyü ilə başa çatıb - 4:2

ABŞ-ın Arlington şəhərindəki Dallas Stadionunda keçirilən oyunda ingilislərin qollarını 12-ci və 42-ci dəqiqələrdə Harri Keyn, 47-ci dəqiqədə Cud Bellinqem və 85-ci dəqiqədə Markus Reşford atıb.

Xorvatiyanın qollarını 36-cı dəqiqədə Martin Baturina, 45+5-ci dəqiqədə Petar Musa vurublar.

İngiltərə növbəti oyununu Qana ilə, Xorvatiya isə Panama ilə keçirəcək.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR